BİZNES

Təhlükəsizlik kameralarına tələb artıb
28 NOYABR
160

Təhlükəsizlik kameralarına tələb artıb

2017-11-28 11:16:00

Bəziləri ancaq görüntünü, bəziləri isə görüntü ilə yanaşı səsi də qeyd edir.

Fins.az XəzərXəbər-ə istinadən bildirir ki, təhlükəsizlik kameraları barədə hər kəs müəyyən məlumata malik olsa da, çoxları bu cihazları yerləşdirən zaman olan tələblərdən xəbərsizdir. Hətta kameraların görüntüsünə icazə olub, səs yazmasına qadağanın olduğunu düşünənlər də var.

Uzun illərdir təhlükəsizlik kameralarının satışını həyata keçirən şirkətlərdən birinin nümayəndəsi Həzrət Qonaqov bildirir ki, təhlükəsizlik kameralarının video və səsi qeydə alması, görünən və görünməyən yerdə quraşdırlması ilə bağlı heç bir tələb mövcud deyil.

Şirkət nümayəndəsi bildirir ki, bəziləri təhlükəsizlik kameraları əldə etsələr də, ondan səmərəsiz istifadə etdiklərindən hansısa hadisə baş versə belə, o görüntülərlə cinayətin üstünü açmaq mümkün olmur. Buna görə diqqət ediləcək məqamlar var.

Təhlükəsizlik kameralarının qiymətləri isə 34 manatdan başlayır və 10 min manata qədər yüksəlir. Hətta üztanıyan müasir kameralar da var ki, onunla obyektdən oğurluq edən şəxsi də asanlıqla aşkar etmək mümkün olur.
Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov bildirir ki, təhlükəsizlik kameraları ilə bağlı qanunda heç bir tələb yoxdur. Əksinə, bu cür kameralardan istifadə bəzən huquq muhafizə orqanlarının işinə töhfə verir.

Xəyal Bəşirov bildirir ki, təhlükəsizlik kameraları ancaq təyinatına uyğun istifadə edilməli və iş yerlərində soyunma-geyinmə otaqlarına, sanitar qovşaq kimi yerlərdə qoyula bilməz. Başqa hallarda kameraların həm görüntü, həm də səsi qeydə alması ilə bağlı heç bir qadağa mövcud deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289