BİZNES

10 ay ərzində Azərbaycan investorları Monteneqroda bank və müəssisələrə 45 mln. avro sərmayə yatırıblar
28 NOYABR
139

10 ay ərzində Azərbaycan investorları Monteneqroda bank və müəssisələrə 45 mln. avro sərmayə yatırıblar

2017-11-28 10:55:00

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Monteneqroya 45 mln. avro sərmayə yatırıblar. Bu barədə Monteneqronun Mərkəzi Bankının məlumatlarına istinadən Pobjeda nəşrində bildirilir.

“Cari ilin 10 ayı ərzində xarici investorlar Monteneqroya 380 mln. avroya yaxın netto-investisiyalar yatırıblar, bu da ötən ilin analoji dövrünün göstəricisindən 22% çoxdur. İlk üç yeri 87 mln. avro məbləğində sərmayələrlə BƏƏ vətəndaşları, 50 mln. avro ilə Rusiya vətəndaşları və 45 mln. avro ilə Azərbaycan vətəndaşları bölüşüblər”, - nəşr qeyd edir.

Vurğulanır ki, 67,9 mln. avro məbləğində sərmayələrlə Monteneqronun müəssisə və banklarına investisiyalar üzrə BƏƏ vətəndaşları liderliyi qoruyurlar. Azərbaycan investorları onlardan geridə qalsalar da, bu sektora respublikada bütün qoyuluşlarını - 45 mln. avro yönəldiblər.

Bununla belə, 36,5 mln. avro məbləği ilə daşınmaz əmlaka investisiyalar üzrə birinci yerdə rusiyalılar qərarlaşıb.

Nəşr qeyd edir ki, ilin əvvəlindən xarici brutto-investisiyalar yarım milyard avro səviyyəsinə çatıb. Bundan 143,7 mln. avro Monteneqronun müəssisə və bankları, 120,6 mln. avro daşınmaz əmlakın alışı, 201 mln. avro əsas kapital dəyişmədən şirkətlərə yatırılıb.

Monteneqroda əsas üç investordan sonra İtaliya, Almaniya, İsveçrə, Serbiya, Kipr, Türkiyə və İspaniya qərarlaşıb.

© İnterfax.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288