BİZNES

Azərbaycanda yaş barama istehsalının həcmi 6 min tona çatdırılacaq
27 NOYABR
219

Azərbaycanda yaş barama istehsalının həcmi 6 min tona çatdırılacaq

2017-11-27 19:39:00

Azərbaycanda yaş barama istehsalının həcminin 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulur. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

Məlumata görə, ipək istehsalı və ixracını stimullaşdırmaq üçün bununla məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi nəzərdə tutulub.

Bu vəzifəni həyata keçirmək isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.

Proqram çərçivəsində 2018-2020-ci illərdə tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289