BİZNES

Xarici investorlar sürətlə Azərbaycanda bu sahəyə pul yatırmağa başlayır
27 NOYABR
1065

Xarici investorlar sürətlə Azərbaycanda bu sahəyə pul yatırmağa başlayır

2017-11-27 16:08:00
 Xarici investorlar Azərbaycanda aqrar sektora pul yatırmağa başlayıb. Bunu Fins.az-a müsahibəsində “Zovg Construct” şirkətinin rəhbəri Araz Mirzəyev deyib. Azərbaycanda müasir istixana təsərrüfatları yaradan şirkətin rəhbəri bildirib ki, hazırda dövlət xətti ilə gələn xarici investorlar daha çox aqrar sahəyə maraq göstərirlər.Xüsusilə də istixana təsərrüfatları qurmağa başlayırlar:”İndiyə qədər Azərbaycanda aqrar sektora xarici investorların belə marağı olmayıb”. Hazırda İsrail, Çin, Hollandiya və Qətər şirkətləri Azərbaycanda aqrar sektora maraq göstərir: “Bu ölkərə aid şirkətlərlə artıq əməkdaşlığa başlayırıq”. O bildirib ki, ən çox investisiya yatırılan sahə satışı rahat olduğu üçün pomidordur.
A.Mirzəyev hesab edir ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə aqrar sektorun vergidən azad olunması da bu sahəyə diqqəti bir qədər də artırıb: “Məsələn, siz pomidor yetişdirirsiz, amma yalnız topraq vergisi ödəyirsiz. Bunun nəticəsidir ki, bu il Azərbaycandan xaricə ixrac edilən kənd təsərrüfatı məhsullarının həcminə görə pomidor ikinci olub”.
Onun sözlərinə görə, beynəlxalq arenada Azərbaycanın stabil ölkə kimi tanınması, sabitliyin olması xarici investorların diqqətini çəkir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289