BİZNES

Gələn il üçün Hesablama Palatasının büdcəsi bu qədər nəzərdə tutulub
23 NOYABR
194

Gələn il üçün Hesablama Palatasının büdcəsi bu qədər nəzərdə tutulub

2017-11-23 18:44:00

Növbəti ildə Hesablama Palatasının büdcəsi təqribən 3 milyon 852 min manat nəzərdə tutulub. Bu da cari illə müqayisədə 0,8 faiz yaxud 29,1 min manat çoxdur. Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib. O qeyd edib ki, göstərilən vəsait növbəti ildə Hesablama Palatasının audit tədbirlərinin təşkili, ekspertlərin cəlb edilməsi, dövlət audit jurnalının rübdə bir dəfə buraxılması və işsizlik müavinətlərinin ödənilməsi üçün əlavə vəsaitin nəzərdə tutulması ilə bağlıdır. Növbəti ildə Palatanın büdcəsindən daxili ezamiyyət xərclərinin və dövlət qulluqçularının sosial müavinətlərlə bağlı xərclərinin azaldılması nəzərdə tutulub. Ümumilikdə, Palatanın büdcəsinin təqribən 82 faizindən bir qədər artığı əməyin ödənişi xərcləri ilə bağlıdır. Nəzərdə tutulmuş bu vəsait növbəti illər üçün ölkə xaricində olmaq şərtilə 60 audit tədbirinin keçirilməsi üçün kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289