BİZNES

9 ayda Azərbaycana kondisioner idxalı 23,5% artıb
22 NOYABR
176

9 ayda Azərbaycana kondisioner idxalı 23,5% artıb

2017-11-22 11:49:00

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana kondisioner idxalı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 23,5% - 91,214 min ədədə qədər artıb. Bu barədə agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $20 mln. 837,3 min məbləğində qiymətləndirilir (2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 18,6%)”, - deyə məlumatda bildirilir.

Bu ilin 9 ayı ərzində Azərbaycana $52 mln. 513,9 min (artım 81,5%) dəyərində 269,2 min ədəd hesablama maşını, blok və qurğusu (artım 62%) idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 69% - 101,2 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $16 mln. 689,5 min (artım 53,3%) təşkil edir.

© İnterfax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289