BİZNES

Azərbaycan pakistanlı iş adamlarını əczaşılıq sahəsinə sərmayə qoymağa dəvət edib
22 NOYABR 2017
280

Azərbaycan pakistanlı iş adamlarını əczaşılıq sahəsinə sərmayə qoymağa dəvət edib

2017-11-22 11:30:00

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Kəraçi Ticarət və Sənaye Palatasının üzvlərini Bakıda azad ticarət zonasında öz sahələrini, o cümlədən regionda böyük tələbatın olduğu əczaçılıq üzrə bölmələrini yaratmağa dəvət edib.

Fins.az Report-a istinadən xəbər verir ki, Ticarət və Sənaye Palatasındakı interaktiv iclas zamanı səfir bu məhsulların yalnız Azərbaycan bazarına yox, həm də Mərkəzi Asiya ölkələri bazarlarına çıxarıla biləcəyini vurğulayıb.

Diplomat palata üzvlərinə müraciət edərək Azərbaycan bazarını düyü və toxuculuq məhsulları ilə təchiz edəcək uyğun və etibarlı tərəfdaş tapılmasını istəyib, eyni zamanda, Azərbaycandan Pakistan bazarına çiyələk, üzüm və nar tədarük oluna biləcəyini açıqlayıb.

Öz növbəsində, palatının prezidenti Müfəssər Atta Malik bildirib ki, maliyyə ili ərzində Pakistan mallarının Azərbaycana ixracı 17,06 milyon ABŞ dolları həcmində olub, idxal isə 0,04 milyon dollar təşkil edib. O, belə kiçik dövriyyənin artımı üçün qardaş ölkələrin birgə səylər göstərməli olduğunu, o cümlədən ticarət nümayəndə heyətlərinin geniş qarşılıqlı səfərlərinin təşkilinin, bu istiqamətdə daimi qarşılıqlı fəaliyyətin, eləcə də malların təşviq edilməsinin zəruriliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256