BİZNES

Son 100 ildə ABŞ-ın ən bahalı şirkətləri (STATİSTİKA)
22 NOYABR
142

Son 100 ildə ABŞ-ın ən bahalı şirkətləri (STATİSTİKA)

2017-11-22 09:10:00

HowMuch adlı sayt 100, 50 il bundan öncəki və indiki Amerika bazarının analizini aparıb.

Saytın məlumatlarına əsasən 1917-ci ildə ABŞ-ın ən bahalı şirkəti “U.S. Steel” adlı böyük metallurgiya şirkəti olub. Həmin vaxtda onun qiyməti 46.4 milyard dollar təşkil edirdi. 2017-ci ilin Sentyabr ayındakı göstəricilərə əsasən isə şirkətin kapitalizasiyası 4.7 milyard dollar təşkil edib. 1917-ci il üzrə siyahıya həmçinin “AT&T” (American Telecom & Telegraph) şirkəti də daxil olub. Belə ki, həmin ildə onun  qiyməri 14.1 milyard dollar, bu ilin Sentyabr ayına əsasən isə 211.9 milyard dollar təşkil edib.

“Standart Oil of N.J.” neft şirkətinin həmin ildə qiyməti 10.7 milyard dollar təşkil edirdi. Daha sonradan o öz adını “Exxon”a dəyişmiş və 1999-cu ildə “ExxonMobil” şirkətinin bir hissəsi olmuşdur. “Bethlehem Steel” polad tökmə şirkətinin 1917-ci ildəki qiyməti 7.1 milyard dollar idi. 2003-cü ildə isə şirkət iflas etdi. “Armour & Co” ət emalı şirkətinin həmin ildəki qiyməti 5.8 milyard dollar idi və 1970-ci ildə digər şirkətin daxilinə keçmişdir. Digər bir qida şirkəti olmuş “Swift & Co”nun 1917-ci ildəki qiyməti 5.7 milyard dollar təşkil edirdi və 2007-ci ildə o da digər bir şirkətin daxilinə keçmişdir.

1917-ci ildəki kapitalizasiya üzrə 7-ci yeri siyahıda kənd təsərrüfatı texnikası istehsalçısı “International Harvester” şirkəti tutub. Həmin ildə onun qiyməti 4.9 milyard dollar təşkil edirdi. Lakin sonradan şirkət öz fəaliyyətini dayandırdı. 7-ci yerdə həmçinin “E.I. du Pont de Nemours” adlı şirkət də qərarlaşıb. O ildə onun qiyməti 4.9 milyard dollar idi. İndi isə həmin şirkət “DuPont” adlanır və onun qiyməti 72.3 milyard dollardır.

1917-ci il göstəricilərinə əsasən siyahının sonunda iki şirkət dayanıb. Onlardan biri “Midvale Steel & Ordnance”adlı polad tökmə şirkətidir. Həmin ildə onun qiyməti 4.8 milyard dollar təşkil edirdi  və 1923-cü ildə o, digər şirkətin daxilinə keçmişdir. İkinci şirkət isə “U.S. Rubber”dir. O, maşın təkərləri və sintetik məhsullar hazırlayırdı. Bu şirkətin qiyməti 4.6 milyard dollar təşkil edirdi və 1990-cı ildə digər şirkətin daxilinə keçmişdir.

1967-ci il üzrə reytinqin birinci sırasında “IBM” şirkəti qərarlaşıb. Həmin ildə şirkətin qiyməti 258.6 milyard dollar təşkil edirdi və o, ABŞ-ın ən bahalı şirkəti hesab olunurdu. Bu ilin Sentyabr ayının göstəricisinə əsasən isə onun qiyməti 137.9 milyard dollar təşkil edib. Həmin ildəki reytinq üzrə ikinci yeri 200.5 milyard dollar qiymətlə “AT&T” şirkəti tutub, üçüncü yeri isə 177 milyard dollar qiymətlə (indiki qiyməti 146.9 milyard dollar) “Eastman Kodak” şirkəti tutub.

1967-ci il reytinqinə həmçinin “General motors” (171.2 milyard dollar, indiki qiyməti 62.3 milyard dollar), “Standart Oil of N.J.” (106.5 milyard dollar), “Texaco” neft şirkəti (82.3 milyard dollar, 2001-ci ildə “Chevron”adlı energetik şirkətin daxilinə keçəndən sonra sərbəst şirkət kimi öz fəaliyyətini dayandırdı), “Sears Roebuck” (64.6 milyard dollar, indiki adı “Sears”dır və qiyməti 454.5 milyard dollar təşkil edir), “General Electric” (63.9 milyard dollar, indiki qiyməti 157.9 milyard dollar), “Polaroid” (58 milyard dollar, hal hazırda birjada deyil) və “Gulf Oil” neft şirkəti (58 milyard dollar, 1984-cü ildə “Chevron” şirkətinin daxilinə keçmişdir) kimi şirkətlər daxil olub. 2017-ci ilğ üzrə ABŞ-ın ən bahalı şirkətləri siyahısı ilə belədir: “Apple”, “Alphabet”, “Microsoft”, “Amazon”, “Facebook”, “Berkshire Hathaway”, “Johnson & Johnson”, “ExxonMobil”, “JPMorgan Chase” və “Wells Fargo”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289