BİZNES

TVİNNİNQ LAYİHƏSİNİN rəsmi açılışı elan olunub
20 NOYABR
238

TVİNNİNQ LAYİHƏSİNİN rəsmi açılışı elan olunub

2017-11-20 17:46:00
Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLƏN “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” TVİNNİNQ LAYİHƏSİNİN rəsmi açılışı elan olunub
 
Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvinninq layihəsinə 20 noyabr 2017-ci il tarixində saat 15:00-da keçirilib/ Açılış Mərasimi ilə rəsmən start verilib. Layihənin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə mühüm töhfə verməkdir.
 
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1,400.000 avro təşkil edən Layihəyə oktyabrın 1-də start verilmişdir və Benefisiar Ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatasının və Aİ-yə Üzv Dövlət (MS) qismində Slovakiyanın və Xorvatiyanın ali audit qurumlarının (SAIs) ekspertlərinin dəstəyi ilə Polşanın Ali Audit İdarəsi (NIK) tərəfindən həyata keçiriləcək. Layihə təxminən 2019-cu ilin dekabrınadək 27 ay müddətində davam edəcək.
 
Layihə beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Beynəlxalq Audit Qurumları Təşkilatı (INTOSAI) tərəfindən müəyyən edilmiş kənar audit standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirmək məqsədilə dörd icbari nəticəyə nail olmağı nəzərdə tutur.
Qeyd olunan 4 nəticə bunlardır:
  1. Kadrların səmərəliliyini və effektivliyini artırmaq məqsədilə Hesablama Palatasının insan resursları idarəçiliyinin və funksional potensialının inkişaf etdirilməsi.
  2. Hesablama Palatasının Ali Audit Qurumlarının Beynəlxalq Standartlarına (ISSAI) və milli qanunvericiliyə uyğun olaraq maliyyə auditi və audit yoxlamaları həyata keçirmək və audit hesabatları təqdim etmək potensialının artırılması.
  3. Hesablama Palatasının Ali Audit Qurumlarının Beynəlxalq Standartlarına (ISSAI) və Azərbaycan qanunvericiliyinə/normativ aktlara uyğun olaraq fəaliyyətinin məhsuldarlığının yoxlanılmasını həyata keçirmək və hesabat təqdim etmək bacarıqlarının artırılması.
  4. Hesablama Palatasının öz rolu və işi ilə əlaqədar daha məlumatlı maraqlı tərəflərlə, o cümlədən Parlament, audit yoxlaması obyektləri və mətbuatla əlaqə qurması.   
    Tvinninq layihəsinin açılış mərasiminə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis JANKAUSKAS sədrlik edirdilər. Layihənin əhəmiyyətini vurğulamaq məqsədilə, Açılış Mərasimində Polşa Ali Audit İdarəsinin Prezidenti cənab Krzysztof Kwiatkowski və Polşanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Marek Całkada çıxış etmişlər.
    Həmçinin, Aİ-yə Üzv Ölkənin və Benefisiar Ölkənin tərəfdaş qurumlarının Layihə Rəhbərləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (Proqram İdarəetmə Qurumu səviyyəsində), həmçinin Benefisiar ölkənin dövlət maliyyə nəzarəti qurumlarının və xəbər agentliklərinin nümayəndələri də tədbirdə iştirak etmişlər. 
    Müəllif: Xeybər Heydərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289