BİZNES

Sosial Media Marketinqi – Trendləri izləmək üçün həftəlik video-bloq
15 NOYABR
111

Sosial Media Marketinqi – Trendləri izləmək üçün həftəlik video-bloq

2017-11-15 12:37:00

Sosial media analitikası üzrə dünyanın ən məşhur platformalarından biri SocialBakers‘dir. Qurucusu 30 yaşlı Jan Rezab bu platforma vasitəsilə əldə etdikləri maraqlı məlumatları, nəticələri sosial mediada paylaşır.

2015-ci ilin iyun ayında başlatdığı “Social Media Minute with Jan Rezab” video-boq rubrikası çox maraqlıdır. Artıq bu rubrika ilə 100-dən çox video Facebook və YouTube kanalında yayımlanıb. Hər həftənin birinci günü Jan öz profilində yeni bir video yayımlayır. 2-3 dəqiqə davam edən videoda müəllif sosial media marketinqi ilə bağlı (bəzən də ümumən rəqəmsal marketinqlə bağlı) bir mövzudan danışır və öz tövsiyələrini, həll yollarını göstərir. 

Sosial media marketinqi ilə maraqlanan dostlar üçün bu mənbə faydalı ola bilər. Həftədə 2-3 dəqiqə ayırıb, bu rubrikanı izləməyə çalışın.

Social Media Minute with Jan Rezab

©orkhanrza.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291