BİZNES

Altı xarici şirkət Azərbaycanda fəaliyyətini dayandırdı
08 NOYABR
1110

Altı xarici şirkət Azərbaycanda fəaliyyətini dayandırdı

2017-11-08 09:41:00

Altı xarici şirkət Azərbaycandakı filialını ləğv edib. Fins.az  “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bunlar “HeildelbergCement AG”,  “Compass Development Holdings VII Limited”,“Compass Offices Management Azerbaijan Limited”,“Compass Offices Services Azerbaijan Limited”,“Bushi Consulting Limited” və  “Vitteven+Bos Azerbaijan B.V.” şirkətləridir.   

 “HeildelbergCement AG”-nin Azərbaycandakı filialı şirkətin 30 avqust 2017-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verildiyini, ləğvetmə prosesinə başlanıldığını və bununla əlaqədar dövlət qeydiyyatının təsviyyəsini elan edir. Kreditorlar tərəfindən bütün tələblər, bildirişlər, iddialar bu elan dərc olunduğu gündən etibarən iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirilməlidir.

 Bundan əlavə, “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı, “Compass Offices Management Azerbaijan Limited” və “Compass Offices Services Azerbaijan Limited” şirkətləri də ləğv olunub və kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına bildirə bilərlər.

 Ləğv edilən “Bushi Consulting Limited” şirkətinin Azərbaycandakı filialı üzrə kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 188, mənzil 49 ünvanına, “Vitteven+Bos Azerbaijan B.V.” şirkətinin Azərbaycandakı nümayəndəliyi üzrə isə tələblər Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına  bildirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287