BİZNES

AYİB 2018-ci ildə Azərbaycan iqtisadiyyatı haqqında proqnozlarını verib
07 NOYABR
285

AYİB 2018-ci ildə Azərbaycan iqtisadiyyatı haqqında proqnozlarını verib

2017-11-07 19:20:00

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycan iqtisadiyyatında iki faizlik artım proqnozlaşdırır. Fins.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bankın "Regional Economic Prospects" hesabatında məlumat verilir.

Bankın analitiklərinin fikrincə, gələn il iqtisadi artım "Şahdəniz" qaz kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatının başlanmasına dəstək verəcək.

Cari ilə gəldikdə isə, analitiklər ölkə iqtisadiyyatında 0,5 faiz azalma gözləyirlər:

“Ümumilikdə 2017-ci ildə Şərqi Avropada və Qafqazda artım tempinin aşağı qiymətlərin xammala mənfi təsirinin və bundan əvvəl Rusiyadakı azalmanın zəiflədilməsi nəticəsində praktiki olaraq 0-dan 1,5 faizədək yüksələcəyi gözlənilir. 2018-ci ildə bu regionda iqtisadiyyatın tədricən bərpası prosesi davam edəcək”.

Bankın 2018-ci il üçün proqnozları Azərbaycan hökumətinin gözləntilərini üstələyir. Belə ki, ölkə hökuməti gələn il Azərbaycan ÜDM-nin 1,5 faiz səviyyəsində real artımını proqnozlaşdırır. 2017-ci ildə isə hökumət iqtisadiyyatın 0,3 faiz səviyyəsində artacağını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287