BİZNES

Azərbaycan spirtli içkilər üzrə istehsal hədəflərini açıqladı
03 NOYABR
170

Azərbaycan spirtli içkilər üzrə istehsal hədəflərini açıqladı

2017-11-03 13:06:00

Azərbaycan hökuməti ortamüddətli perspektivdə spirtli içkilərin istehsalını artırmağı planlaşdırır. 

Bu barədə  hökumətdən məlumat verilib.

Proqnozlara əsasən, 2017-ci ildə ölkədə araq istehsalı 576,3 min dekalitr, təşkil edəcək, bu da 2016-cı ilin göstəricisindən 5,7 min dekalitr çoxdur. 

2018-2021-ci illərdə araq istehsalında artım tendensiyası qorunacaq. Xüsusilə, 2018-ci ildə araq istehsalı 582,1 min dekalitr, 2019-cu ildə 587,9 min dekalitr, 2020-ci ildə 599,7 min dekalitr, 2021-ci ildə 599,7 min dekalitr həcmində proqnozlaşdırılır. Beləliklə, 2022-ci ilə qədər artım 2017-ci ilin göstəricisi ilə müqayisədə 4,1% təşkil edəcək. 

Bundan başqa, 2022-ci ilə qədər Azərbaycanda şərab istehsalının artımı 21,5% səviyyəsində gözlənilir. 

Proqnozlara əsasən, 2017-ci ildə şərab istehsalı 1,128 mln. dekalitr təşkil edəcək, 2021-ci ildə bu göstərici 1,371 mln. dekalitrə çatacaq.

Bundan başqa, proqnozlara görə, pivə istehsalında artım gözlənilir. Cari il 3,895 mln. dekalitr pivə istehsalı planlaşdırılır. 2021-ci ildə bu göstərici 5,703 mln. dekalitrə çatacaq. Beləliklə, 2022-ci ilə qədər pivə istehsalında artım 46,4% təşkil edəcək.

© “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287