BİZNES

Yeni Biznesin “HƏQİQƏT”ləri
03 NOYABR
583

Yeni Biznesin “HƏQİQƏT”ləri

2017-11-03 10:00:00

Gün keçdikcə sahibkarlıq fəaliyyətinə diqqət olduqca artmaqdadır. Bu sahənin bir sıra risklərinin olmasına baxmayaraq gənclərimizin diqqətini cəlb edir. Ölkəmizdə son illər açılan çoxlu sayda start-upları buna misal gətirmək olar. Bəs gənclərimizi sahibkarlıqda cəlb edən nədir?

  • Maddi imkan;
  • Sərbəst həyat;
  • Şəxsi inkişaf;
  • Özünü reallaşdırmaq;
  • Liderlik nümayişi və s.

Odur ki, gündən-günə artan Start-uplar çox zaman investor axtarışında olurlar. İnvestorlar rolunda isə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan təcrübəli biznesmenlər çıxış edirlər. Onlar yeni açılan start-uplara kapital qoyur və hətta gənc sahibkarlara öz tövsiyyələrini də verirlər.
İnvestor tapmayan və ya düşünülmüş şəkildə özü tək işini qurmaq istəyən, yeni fəaliyyətə başlayan sahibkar adətən kiçik büdcəsi ilə kifayətlənməli olur. Bəziləri bir müddət sonra satışlar qurub müştərilər əldə edərək işini genişləndirmək üçün bank kreditlərindən istifadə edirlər. Bununla da acılı və şirinli sahibkarlıq həyatının tam rəngarəngliyinə qatılırlar.
Biznes ekspert Emin Əsgərov deyir ki, “yeni sahibkara fəaliyyətinin ilk günlərində ən çox lazım olan təcrübədir. Çünki, o biznesin qaydalarını bilsə də və hətta nəzəri cəhətdən 10-larla kitab oxumuş, 100-lərlə video materiallara baxmış olsa da, bu bilikləri təcrübədə yaşamasa, onların nə dərəcədə faydalı olduğunu bilməyəcək. Yeni sahibkar yalnız müxtəlif nəzəriyyələri öz gündəlik təcrübəsindən keçirməklə, diqqətlə nəticələri ölçərək işlək metodları ayırmaqla inkişaf edə bilər”.
Fəaliyyətinin bu dövründə yeni sahibkar diqqətini daha çox aşağıdakı məsələlərə fokus etməlidir:

  • Məhsul və xidmətlərin çesidinə;
  • Müştərilərlə münasibətlərinə;
  • Yeni kadrların hazırlanmasına;
  • Uçot sistemin qurulmasına.

Sahibkarlıq fəaliyyətində bir neçə rollar mövcüddur ki, yeni sahibkar da fəaliyyətin ilk illərində hər bir rolda özü çıxış etməli olur. Emin Əsgərovun fikrinə görə, bir nəfərin bir neçə rolda olmağı kiçik sahibkarlığın əsas xüsusiyyətlərindəndir. Yeni iş adamı həm sahibkardır, həm mütəxəssisdir və həm də menecerdir. O, biznesinin inkişafını düşünür, görüşlər təşkil edir, maliyyə əməliyyatları həyata keçirir, satışda iştirak edir və yeni əməkdaşların işlərini planlaşdırır. Gənc sahibkarın ən sürətli proqressi bu mərhələdə müşahidə olunur.
Adətən yeni sahibkarlıq fəaliyyətində sahibkarın “sağ əli” sayılan “çox funksiyalı” əməkdaş olur. Belə əməkdaşın vəzifəsi əksər bizneslərdə “Ofis Menecer” adlanır. Kiçik biznesdə “ofis menecer”lər hansı işləri görmürlər ki?!

  • Zənglərin cavablandırılması;
  • Sənədlərin qeydiyyatı;
  • Xərclərin aparılması;
  • Təsərüffat işlərini planşdırma;
  • Rəhbərliyin tapşırıqlarına nəzarət;
  • Davamiyyətə və nizam-intizama nəzarət;
  • Görüşlərin təyini və s.

Bəli, bu peşəni çox rahatlıqla “Universal Əsgər” adlandıra bilərik. Bütün kiçik bizneslərin böyük biznesə keçidində “Universal Əsgər”in əvəzsiz rolu var. Bu əməkdaş nə qədər bacarıqlıdırsa, bir o qədər də biznes sürətlə inkişaf edir. Sahibkar “Universal Əsgərin” effektiv olması üçün onu son növ “silahlarla” təmin etməlidir ki, biznesi daha da surətlə inkişaf etsin.
Bizim qəhrəmanımız Həqiqət xanım da öz işində “Universal Əsgərdir”. “Həqiqət”lərin işini daha effektiv və asan etmək üçün gənc sahibkarlar daim düşünməlidirlər. Çünki, kiçik sahibkarlıqdan daha böyük sahiblarlığa keçiddə “Həqiqət”lərin rolu böyükdür.
Gəlin birlikdə onların problemlərini izləyək və “Həqiqət”lərin bizneslərin inkişafına olan maraqlarını qoruyaraq, potensial və imkanlarını açıqlaya biləcək yollar axtaraq, dolayısı yolla yeni biznes toxumlarının cücərməsinə və İNKİŞAFINA DƏSTƏK OLAQ!
Dəstək və fikir bildrmək üçün keçid alın: https://www.facebook.com/prospect.lite/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291