BİZNES

Bu tədbirdə 500-dən çox menecer iştirak edəcək
31 OKTYABR
153

Bu tədbirdə 500-dən çox menecer iştirak edəcək

2017-10-31 17:37:00

Oktyabrın 28-də, şənbə günü Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransı (DMC2017) ərəfəsində "Azərsun" şirkətinin rəsmiləri, spiker, media tərəfdaşlarının iştirakı ilə Sumqayıt Yağ Zavoduna presstur təşkil olunub.

Fins.az xəbər verir ki, spikerlər, media tərəfdaşları zavodda istehsal prosesi ilə yaxından tanış olublar.

DMC2017 ərəfəsində konfrans təşkilatçıları və tərəfdaşlar arasında müzakirələr baş tutub. Müzakirələrdə illik marketinq konfransına hazırlıq səviyyəsi ətrafında spikerlər ilə fikir mübadiləsi aparılıb. DMC2017-nin həmtəsisçisi Rafiq Vəliyev vurğulayıb ki, konfransa 20 yerli və xarici spiker, 250-dən çox şirkətdən 500-dən çox menecerin iştirakı gözlənilir. Onun sözlərinə görə, biletlərin 50%-dən çoxu satılıb: "Təcrübələr göstərir ki, iştirakçıların 50%-i isə biletləri konfransın başlamasına sayılı günlər qalmış alacaq", - deyə o sözlərinə əlavə edib.

 Həmtəsisçi qeyd edib ki, son iki ildə keçirilən Rəqəmsal Marketinq Konfransından fərqli olaraq iştirakçıları yeniliklər gözləyir: " DMC2017-də səhnə işıqlandırılmasından tutmuş, qeydiyyat sisteminə qədər hər şey fərqli keçiriləcək. Görüntü itkisi olmayacaq".

Xatırladaq ki, 3-cü Rəqəmsal Marketinq Konfransında 15 spikerin çıxışı gözlənilir. Konfrans noyabrın 11-də Pullman Hoteldə baş tutacaq. Tədbir bu il "Super Sun" brendinin baş sponsorluğu ilə keçiriləcək.

Məlumat üçün bildirək ki,tədbirin media tərəfdaşları arasında Fins.az - iqtisadi xəbər portalı yer alıb. 

 




 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287