BİZNES

ABŞ-da şəxsi xərclər 8 ilin ən pikinə çatıb
31 OKTYABR
106

ABŞ-da şəxsi xərclər 8 ilin ən pikinə çatıb

2017-10-31 12:55:00

ABŞ-da şəxsi xərclər sentyabrda yüzdə 1 artaraq son 8 ilin ən güclü yüksəlişini qeyd edib. Eyni dövrdə, fərdi gəlirlər 0,4% artaraq gözləntiləri doğruldub.

Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin hesabatına görə, fərdi xərclər sentyabr da əvvəlki aya nisbətən artıb. Beləliklə, 2009-cu ildən bəri ən güclü artımlara baxmayaraq, xərcləmə gözləntisi 0,9% olub.

Ölkə iqtisadiyyatının təxminən 70 faizini təşkil edən fərdi xərclərin sentyabrda güclü artmasında Harvey və Irma qasırğaları    səbəbiylə zərərgörən əşya və vasitələrin yenilənməsi əhəmiyyətli rol oynayıb. Amerikalıların şəxsi gəlirləri əvvəlki aya nisbətən sentyabr ayında 0,4% artıb. 

Inflyasiya gözləntilərinə parallel olaraq

Hesabata görə, Şəxsi istehlak xərcləri (PCE) qiymət indeksi sentyabrda aylıq 0,4% və illik 1,6% artıb. PCE qiymət indeksində güclü artım benzin, ərzaq və əmək haqqının artması ilə əlaqədar olub. ABŞ Mərkəz Bankı Fed-in seçdiyi inflyasiya göstəricisi PCE qiymət indeksi, aylıq  0,1% və illik  1,3% artaraq gözləntiləri doğruldub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291