BİZNES

Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - III yazı
30 OKTYABR
96

Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - III yazı

2017-10-30 12:34:00
Meskon və biznesin strateji idarəedilməsinə dair baxışlar. Meskon BSI konsepsiyasında strateji planlaşdırmanı fona çəkir, onun əhəmiyyətini qabardır, hətta strateji idarəetməyə aid bəzi məsəslələri də strateji planlaşdırmaya məxsusluğunu vurğulayır. Onun fikrincə strateji planlaşdırma bir çətir rolunu oynayır, hansı ki bütün idarəetmə funksiyaları bu çətir altında gizlənir. Meskona görə strateji idarəetmənin üstünlüklərindən istifadə etməyən biznes və ayrı-ayrı biznes kapitanları firmanının gələcək fəaliyyət istiqamətlərinin təyinindən və ali məqsədlərin dəqiqləşdirilməsindən məhrum olacaqlar. Biznesin strateji idarə edilməsi özündə təşkilatın öz məqsədlərinə nail olmaq üçün spesifik strategiyaların hazırlanmasını təmin edən rəhbərlik tərəfindən işlənib hazırlanan və qəbul edilən qərarlar və fəaliyyətlər toplusunu ehtiva edir.
Öz növbəsində Piter Loranj strateji idarəetməni idarəetmə qərarlarının qəbulunda və gələcək fəaliyyət orientirlərinin cızılmasında əsas alət hesab edir. Onun əsas vəzifəsi təşkilatada dəyişiklikləri və yenilikləri lazımı səviyyədə təmin etməkdir. Loranj idarəetmə fəaliyyətinin strateji idarəetmə prosesi çərçivəsində dörd əsas formasını görür:
• Resursların bölgüsü. Bu forma özündə məhdud korporasiya resurslarının düzgün və optimal bölgüsünü əks etdirir. Düzgün idarə edilməyən xərc maddələri sonda müəssisə rentabelliyini aşağı salır. Bu istiqamətdə “General Fudz” kompaniyasının fəaliyyəti təqdirə layiqdir;
• Ətraf mühitə adaptasiya. Adaptasiyanı geniş mənada şərh etmək lazımdır. O özündə kompaniyanın ətraf mühitlə münasibətlərini yaxşılaşdıran bütün strateji fəaliyyətləri əks etdirir. Kompaniya ətraf mühitə adaptasiya edərkən həm imkanlarla, həm də təhlükələrlə qarşılaşır. Ona görə də zəruri strategiyanın hazırlanması və xarici mühitlə uzlaşdırılması çox aktualdır. Bu sahədə “CocaCola”-nın kofeinsiz içkiləri bazara çıxartma strategiyasını analiz etmək olar;
• Daxili koordinasiya. O firmada gedən daxili əməliyyatları strateji fəaliyyətlə əlaqələndirməyi nəzərdə tuturdu;
• Təşkilatı strategiyanın dərki. Bu özündə gələcək strategiyanın dərki üçün menecerlərin fikirləririnin sistemli inkişafı, keçmiş təcürbəyə əhmiyyətli şəkildə istinad etməyi əks etdirir. Keçmiş təcürbə əsasında öyrənmə təşkilata öz gələcək strateji fəaliyyət istiqamətlərini düzgün korrektə etməyə və biznesin strateji idarə edilməsi sahəsində peşəkarlığı artırmağa imkan verir. İBM, Delta Airlines və digər komapaniya rəhbərlərirnin bu sahədə təcürbələri bunu deməyə əsas verir.
Meskonun və Loranjın fikirlərinə əsaslansaq, BSİ-nin müasir konsepsiyası haqqında aşağıdakı qənaətlərə gəlmək olar:
- Strategiyanı təkcə formulə edən yox, həm də onun icrasını həyata keçirən icraçı qrup peşəkar olmalıdır;
- Strateji idarəetmə və strategiyaların hazırlanması əksər hallarda yuxarı rəhbərliyə xas fəaliyyətdir;
- Strateji planlar konkret fərdin nöqteyi - nəzərinə əsasən yox, kompaniya perspektivlərinə əsasən hazırlanmalıdır.

Eləcə də bax: Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - I yazı

Eləcə də bax: Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - II yazı

Müəllif: Vüqar Bağırov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291