BİZNES

Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - II yazı
29 OKTYABR
344

Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - II yazı

2017-10-29 11:01:00
Müasir biznesin intensiv istifadə etdiyi strateji idarəetmə konsepsiyalarından biri də Maykl Porterin yaratdığı konsepsiyadır.
Mövqeyləşmə məktəbinin müasir davamçılarından olan Porterin BSİ konsepsiyasının əsasını iki mühim məsələ təşkil edir:
a) sahələrin spesifik xüsusiyyətlərinin nəzərə alınması;
b) stiuasiyaların spesifik xüsusiyyətlərinin nəzərə alınması.
M.Porter doqquz ən geniş yayılımış rəqabət şəraitində strategiya varinatlarını və firmanın bu variantlara yanaşmasını təhlil etmişdir.Bu rəqabət şəraitlərinə aiddir:
• Formalaşan sahələr, yeni yaranan bazarlar;
• Fəaliyyətdə olan, dəyişkən bazarlar;
• Aşağı artım tempi olan yetkin sahələr;
• Tənəzzül mərhələsində olan bazarlar;
• Güclü seqmentləşmiş sahələr;
• Kompaniyanının sürətli inkişaf şəraiti;
• Biznes liderlərinin sahələri;
• Liderləri izləyən biznes sahələri;
• Böhran vəziyyətində olan və ya zəif mövqe tutmuş sahələr.
Qeyd edilən sahələrdə rəqabət tendensiyalarını, tempini və dinamizmini analiz edən M. Porter uyğun strategiyanı necə tapmağı və firma məqsədlərinə necə nail olmağı göstərir. Porterin nəzər nöqtəsinə əsasən biznes müəyyən rəqabət stiuasiyalarına və sahəvi xüsusiyyətlərə əsasən bu və ya digər strategiyanın tətbiqi strateji idarəetmənin əsas məzmunu təşkil edir. O hesab edir ki, münasib strategiyanın tapılması biznesin strateji idarəedilməsi üzrə menecerlərdən xüsusi bilik və bacarıqlar tələb edir. Мenecerlər daxili və xarici mühiti qiymətləndirmə metodlarını bilməli, açılan imkanların firma üçün müsbət və mənfilərini dəyərləndirməyi bacarmalıdır. Porterin konsepsiyasında əsas yeri məhz rəqabət strategiyaları tutur və onun tədqiqatlarının çoxu da bu yönə istiqamətlənmişdir. Bazar iqtisadiyyatının əsas və aparıcı atributlarından olan rəqabət amili və ya rəqabət mühitinin analizi vacib məsələlər sırasındadır. Rəqabət olmadan müasir biznesin inkişafı çox ləng gedərdi. Porterin BSİ konsepsiyasına verdiyi ən dəyərli töhfə məhz elə bundan ibarətdir. Yanaşma bir tərəfli olsada BSİ - nin müasir kompaniya idarəçiliyində vacib saydığı aspektlərdən biri rəqabət üstünlüklərinin tapılması və onun ələ keçrilməsidir. Yamaha, Microsoft, Continental Airlines kimi kompaniyaların keçdiyi inkişaf tarixinə, biznesə strateji yanaşmasına və çoxillik təcürbəsinə nəzər saldıqda Porter konsepsiyası özünü təsdiq edir. Continental Airlines kompaniyasının tətbiq etdiyi antiböhran strategtiyası 10 il ərzində inkişafdan qalan kompaniyanı 3 il ərzində hava yolları biznesində ən uğurlu liderlərdən birinə çevirdi.
Bu antiböhran strategiyasında tətbiq edilən tədbirlər toplusu:
• Gəlirli uçuş-ancaq gəlir gətirən reysləri təşkil etmək, xərclərin ixtisarı;
• Gələcək fundamenti yaratma-maliyyə nəzarətini gücləndirmə;
• Etibarlı tərəfdaş olma;
• Birgə iş, birgə faliyyət-biznes komandanın formalaşması, korporativ mədəniyyətin inkişafı;
• Düzgün ali məqsədlərin təyini və komandanı buna inandırma.
Qeyd edilən və digər kompaniyaların uğursuzluqlarının kökünə nəzər saldıqda bu və ya digər itirilmiş rəqabət üstünlüklərini görərik. Umumiyyətlə, Porterə görə BSİ–ində 4 tip strategiyadan istifadə edilir:
BİS-ində əsas tətbiq edilən strategiya tipləri.
Məhsula münasibətdə:
- Konsentrasiya strategiyası- firma gücü bir məhsulun buraxılışına cəmlənir, maya dəyərinin azaldılması və qiymət rəqabətində udmaq üçün məhsul satışının həcminin artırılması.
- Differensasiya strategiyası- məhsula onu rəqib məhsul larından fərqləndirən yeni spesifik xüsusiyyətlərin verilməsi – onların satışının artması üçün
Bazar seqmentlərinin seçilməsində:
- İxtisaslaşma strategiyası – (dar ixtisaslaşma) firma fəaliyyətini bazarın yalnız bir seqmenti üçün məhsul istehsalına cəmləmə
- Diversifikasiya strategiyası – risklərdən qorunmaqda ən güclü texnologiyadır. Birbirindən asılı olmayan bazar seqmentləri üçün məhsul buraxlışı. Burada əsas məqsəd bir seqmentin sıradan çıxmasını digər seqment hesabına kompensasiya edilməsidir.
Məhşur idarəetmə nəzəriyyəçilərindən olan Druker biznesin strateji idarə edilməsini təşkilatın biznes nəzəriyyəsi adlandırmışdır. Bu sahədə onun əsas ideyalarına daxildir:
- Firmanın sosial-iqtisadi təbiəti. Insan resurslarına xərclər mənbəyi kimi yox təşkialti resurslar kimi baxmaq lazımdır. Bu fikir müasir insan resusrlarının idarə edilməsinin əsas məğzini təşkil edir. Bu gün bir çox firmalar, o cümlədən Azərbaycan firmaları antidruker baxışları ilə hərəkət etdiyinə görə nəticələrə nail olmaqda çətinlik çəkirlər. Biznes komanada, Druker vurğuladığı kimi strateji məqsədlərə nail olmaqda bir nömrəli məsələlər sırasındadır;
- Aparıcı sahələrdə məqsədli göstəricilər işgüzar müəssisənin “pilotu” üçün “cihazlar panelidir”;
- Uzunməddətli strategiyanı hazırlayan və strategiyanı qısamüddətli məqsədlərə çevirən idarəetmə elitasının formalaşması ;
- Firmanın strateji görnüşünü-vizyonunu formalaşdırmaq, BSİ-nin məqsədlərini müəyyən etmə;
- Qarşıya çıxan problemləri həll etmək və idarəetmə qərarlarını qəbul etmək üçün səlahiyyətlərin desentralizasiyası və ya paylaşdırılması. Təşkilat məqsəd deyil, nəticələrə effektiv çatma vasitəsidir;
- Yüksəkixtisaslı kadrların rolunun artırılması;
- Effektivliyi qiymətləndirmə metodlarının idarə edilməsi. Istənilən idarəetmə istər şirkət, istərsə də digər idarəetmə planlaşdırılan nəticələrlə uyğun gəlmərsə, deməli fəaliyyət sistemi düzgün qurulmayıb; Hesabatlılıq və şəffaflıq təmin edilməlidir.
 
Hazirladı: Vüqar Bağırov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291