BİZNES

ATM və mağazalarda virtual pul dövrü
19 OKTYABR
134

ATM və mağazalarda virtual pul dövrü

2017-10-19 14:31:00

Qabaqcıl bir virtual valyuta olan Dash, böyük bir addım atır. Bu virtual valyutanın, Visa kartı qəbul edən bütün mağazalarda, yəni dünyada 40 milyondan çox ticarət obyektində istifadə edilməsi üçün işlər başlanılıb.

Virtual pul vahidlərindən (valyutalardan) ən çox tanınanlar Bitcoin və Ethereum olsa da bunlarla məhdud deyil. Digər tanınan bir virtual pul vahidi olan Dash, böyük bir addım atır. 

Fins.az xəbər verir ki, Dash konfransında verilən məlumata  görə, Visa kartı qəbul edən bütün mağazalarda, yəni dünyada 40 milyondan çox ticarət obyektində Dash istifadə ediləcək və Dash istifadəçiləri investisiyalarını 210 ölkədə bütün ATM-lərdən nağd pul şəklində çıxarda biləcəklər.


DASHI ÖNƏ ÇIXARAN XÜSUSİYYƏTİ   

Digər virtual pulların əksinə Dash daha çox ödənişlərə fokuslanan bir virtual pul vahididir. 2014-cü ildə Evans Duffield tərəfindən yaradılan Dash-ın hədəfi "Anında göndər" texnologiyasını istifadə edərək daha sürətli ödəmə əməliyyatları aparmaqdır. Bitcoin ödəmələri bəzən saatlar davam edərkən, Dash ödəmələri 4 saniyə içində tamamilə təsdiq olunur. Bu sürət, Dash-ı mağazalar üçün çox əlverişli hala gətirir.

Bitcoin bu dəqiqlərdə 5689 dollardan, Ethereum 309 dollardan, Ddash isə294 dollardan əməliyyat olunur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285