BİZNES

ARDNF Avstraliyada investisiya yatırılması ilə bağlı açıqlama verib
18 OKTYABR 2017
326

ARDNF Avstraliyada investisiya yatırılması ilə bağlı açıqlama verib

2017-10-18 18:52:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb. Fins.az xəbər verir ki,bu barədə Trend-ə ARDNF-dən məlumat verilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Məlumatda qeyd edilir ki, ARDNF-in Avstraliyada yeni daşınmaz əmlak almasına dair xəbərlər yayılıb:

"ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, kapital strukturu, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267