BİZNES

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirməkdə maraqlıdır
18 OKTYABR
203

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirməkdə maraqlıdır

2017-10-18 16:56:00

Okyabr ayının 18-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ABŞ-ın “Argus Limited USA”, “Lindsay” və “WCC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə məqsəd Azərbaycanla ABŞ şirkətləri arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivlərinin müzakirəsi olub. 

Nazir müavini iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edərək ABŞ hökuməti tərəfindən Zona Baytarlıq Laboratoriyalarının müasir avadanlıqlarla təmin edildiyini, Azərbaycan Dövlət Aqrar Universitetinin İllinoys ştatının İllinoys Universiteti ilə sıx əlaqələrinin olduğunu qeyd edib. 

Nazir müavini ABŞ-ın “JOHN DEERE” şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, ADAU-da şirkətin fəaliyyəti üçün xüsusi otaqların ayrıldığını, servis xidmətinin yaradıldığını, texnika üçün kadr hazırlığı və kadrların təcrübə keşməsi üçün şirkət tərəfindən dəstək verildiyini qeyd edərək “JOHN DEERE” şirkətinin istehsal etdiyi kombaynları yüksək qiymətləndirib və gələcəkdə də bu şirkətlə əməkdaşlığa önəm veriləcəyini bildirib. 

Strateji yol xəritəsində nəzərədə tutulmuş əsas hədəflər barədə məlumat verən nazir müavini Seyfəddin Talıbov şoranlıq torpaqların dövriyyəyə qaytarılması, orqanik məhsulların istehsalı, o cümlədən ABŞ təcrübəsindən istifadə etməklə Nazirliyin bölgələrdəki sınaq təcrübə stansiyalarında nümunəvi əkinlərin həyata keçirilməsi və fermerlərə nümayiş etdirilməsini məqsədəmüvafiq hesab edib. 

Şirkət rəhbərləri Azərbaycanda orqanik məhsulların yetişdirilməsi, bunun üçün ölkədə potensial imkanların olduğunu, suvarma sistemlərinin yaradılmasında maraqlı olduqlarını bildiriblər.

 © Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285