BİZNES

““Ucuz ətin şorbası olmaz” anlayışını darmadağın edirik!” – ELNUR ƏLİYEV
16 OKTYABR
1408

““Ucuz ətin şorbası olmaz” anlayışını darmadağın edirik!” – ELNUR ƏLİYEV

2017-10-16 10:00:00

Aparıcı rabitə qurğularının istehsalçıları IP telefoniya əsrinə baş vurarkən, kontakt-mərkəzlər, video-konfranslar kimi telefoniyanın əlavə funksionallığına xidmət edən həllər istehsal etməyə başladı.

IP səs və video sahəsində innovativ həllər təklif edən aparıcı təсhizatçı şirkəti Grandstream Networks isə geniş funksionallığı ilə yanaşı, həm də istifadə baxımından rahat, qiymət baxımından münasib olan avadanlıq istehsal edərək qısa fəaliyyəti dövründə kiçik və orta biznes sahibləri arasında yüksək maraq və nüfuz qazanmağa müvəffəq oldu.

Azərbaycanda 2005 –ci ildən fəaliyyət göstərən Grandstream Networks brend meneceri Elnur Əliyev şirkətin Azərbaycanda fəaliyyəti haqqında geniş müsahibə verib.

Zəhmət olmasa, oxucularımıza Grandstream şirkəti haqqında ətraflı məlumat verərdiniz.

Grandstream Networks şirkəti Amerika Birləşmiş Ştatlarında təsis edilmiş, İP kommunikasiya və video müşahidə kameraları, videokonfrans avadanlıqları, eləcə də İP şlüzlar istehsalçısıdır. Şirkətin qlobal coğrafiyada, Şimali və Cənubi Amerikada, Asiya və Afrikada ümumilikdə 8 korporativ ofisi fəaliyyət göstərir. Dünyanın 150-dən çox ölkəsində brendin məhsullarından keyfiyyətli rabitədən yararlanmaq məqsədilə istifadə olunur. Grandstream şirkətinin təklif etdiyi həllər zamanla sınaqdan keçirilib. Şirkət 2002-ci ildən bu günə qədər aparıcı dünya operatorlarına VoİP xidmətlər təklif edir və həmçinin şirkətin istehsal etdiyi məhsullar VoİP sahəsində 3 il ərzində 6-dan çox müxtəlif mükafatlara layiq görülüb.

Rəsmi nümayəndəsi “ProLINE MMC” olan Grandstream Networks Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərməyə başlayıb. Bu müddət ərzində Grandstream şirkətinin İP avadanlıqları bir çox dövlət və özəl müəssisələrdə istifadəyə verilmiş, istifadəçilərinin rəğbət və etibarını qazanmışdır.

Son bir neçə ildə Grandstream şirkətinin məhsullarına Azərbaycan bazarında artan tələbat nədən irəli gəlir?

- Bazarda baş verən son dəyişikliklər hamıya məlumdur. Şirkətlər əvvəlki dövrlərə nisbətən indi daha çox öz xərclərinə qənaət edirlər. Ancaq hər zaman keyfiyyətli və dözümlü məhsula olan tələblər isə dəyişməz olaraq qalır. Belə olan halda çox zaman qiymət və keyfiyyət arasında mütənasiblik pozulur. Grandstream şirkəti isə yüksək keyfiyyətlə ötürülmüş səs və video rabitəni, geniş imkanları olan məhsulları aşağı qiymətlərlə müştərilərə təklif etməklə bu mütənasibliyi qoruyub saxlayır. Tələbatın artması da bununla bağlıdır.

Məhsullarınızı bazarda təqdim olunan digər markalardan fərqləndirən hansı üstünlükləri qeyd edə bilərsiz?

- Dünya VoİP texnologiyaları istehsalçı bazarı çox genişdir. Bu bazarda artıq öz sözünü demiş nəhəng brendlərlə rəqabət aparmaq olduqca çətindir. Digər istehsalçılara nisbətən daha cavan olan brendimiz aşağı qiymətə maksimum imkanlar təklif edərək öz müştəri kütləsini genişləndirməkdədir. Beləliklə biz “ucuz qiymətə keyfiyyətsiz məhsul”, bizim dildə desək, “Ucuz ətin şorbası olmaz” anlayışını darmadağın edirik. Bir çox məhsullarımız Android əməliyyat sistemi ilə çalışır (http://grandstream.az/products.htm). IP telefoniya sahəsində bu bir ilkdir. Belə funksionallıq müştərilərə bütün Android və Google Play Store imkanlarından yararlanmağa, Skype, Hangouts, Microsoft Lync və digər proqramlarla birgə işləməyə imkan yaradır. Bundan başqa Grandstream şirkəti məhsullarını istehsal edərkən, inteqrasiya imkanlarını da unutmayıb. Bu çox vacib məqamdır. Grandstream məhsulları istər SİP protokolu olan digər kənar istehsalçı VoİP avadanlıqlarla, istərsə də şirkətlərdə mövcud olan müxtəlif proqram təminatları ilə işləmək üçün açıq protokollara sahibdir. Əksər kənar istehsalçı məhsulların özlərinin daxili protokolları olduğu üçün belə inteqrasiyalar əlavə bahalı lisenziyalar tələb edir. Grandstream həllərində isə heç bir lisenziyadan söhbət belə gedə bilməz. Əvvəlcədən həll üçün müəyyən olunmuş və təsdiqlənmiş qiyməti ödəməklə müştəri daimi olaraq pulsuz soft yenilənməsi, geniş imkanları olan, 1 il zəmanətli həll əldə edir.

Yerli şirkətlərdə ən çox maraq doğuran məhsul hansıdır?

- Nəinki Azərbaycanda, bütün dünyada videokonfrans həllərinə olan maraq artmaqdadır. Bu həll isə videoəlaqənin adi telefon əlaqəsindən daha effektiv olmasına əyani sübutdur. Çünki hər kəsə məlumdur: 100 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdır. Məsələn, videoəlaqə zamanı ehtiyac olduğu təqdirdə hər hansı sənədlərin, qrafik və cədvəllərin təqdimatını müxtəlif şəhərlərdə olan müxtəlif insanlarla müzakirə etmək olar. İştirakçılar isə konfransa eyni ofisdən olduğu kimi, müxtəlif şəhərlərdən, hətta müxtəlif ölkələrdən qatıla bilərlər. Adi telefon əlaqəsi zamanı isə bu mümkün deyil. Videokonfrans əlaqəsindən müxtəlif sahələrdə (http://grandstream.az/blog/32): distant təhsil vermək məqsədi ilə təhsil müəssisələrində, tibb işçilərinin biliklərinin artırılması məqsədi ilə xarici professorların seminar və təlimlərində iştirak üçün tibb müsəssisələrində, müxtəlif biznes sahələrində, pərakəndə sektorda filial nümayəndələri ilə vaxtaşırı iclasların həyata keçirilməsi üçün, müxtəlif departamentlərə işçi qəbulu zamaı namizədlərlə videomüsahibələrin aparılması üçün, beynəlxalq şirkətlərin müxtəlif şəhərlərdə olan ofislərində iclasların keçirilməsi üçün geniş istifadə edilir. Grandstream şirkəti olaraq, öz müştərilərimizi həm avadanlıq, həmdə veb-platforma üzərindən konfrans həlləri təklif etməklə, məsafədən asılı olmayaraq görüşlər, iclaslar, konfranslar keçirmək imkanı ilə təmin edirik.

Grandstream-in həyata keçirdiyi layihələr və əməkdaşlıq etdiyi şirkətlər barəsində danışa bilərsiz?

- Grandstream şirkəti hal-hazırda Azərbaycan Kommunikasiya bazarında həyata keçirdiyi 60-dan çox irihəcmli layihələr və 230-dan çox məmnun müştəri kütləsinə  sahib olan şirkətlər siyahısındadır. Bu müştərilər sırasında dövlət qurumları olaraq AR Dövlət Gömrük Komitəsi, AR Daxili İşlər Nazirliyi, AR Ədliyyə Nazirliyi, AR İqtisadi İnkişaf Nazirliyi, AzərGold ASC-ni, özəl sektorda fəaliyyət göstərən Paşa Holdinq, Gilan Holdinq, Nurgun Holdinq, Messenat Holdinq, Ata Holdinq və SR Group-u, bank sektorunda Turan Bank, Access Bank, Paşa Sığorta, Atəşgah Sığorta, təhsil sahəsində Baku Modern Məktəbi,Dərs Evi (Gilan) və digər sahələrdə fəaliyyət göstərən Yarat Art, Socar Metanol Zavodu, İrşad Electronics, Optimal Electronics, İntegral Plus, AzTol Motors, Sirena Motors, Dəmirçi Tower, KaTV1 və digərlərini göstərmək olar. Bu gün şirkət yerli bazarın hər sahəsində fəaliyyət göstərən qurum və şirkətlərin VoİP texnologiyasına olan tələbatını ödəmək üçün bütün lazımi resurslara sahibdir.

Şirkətin öz geniş müştəri auditoriyası olduğu məlumdur. Bəs bu auditoriya təklif olunan üstün xidmətlər nələrdir?

- Azərbaycanda Grandstream məhsullarının satışı ilə yanaşı həmdə müştərilərə servis xidməti də göstərilir. Bu sahədə kifayət qədər təcrübəli mütəxəssislərdən ibarət olan Servis Mərkəzi yaranmış çətinliyi operativ şəkildə keyfiyyətli xidmət göstərməklə həll etmək bacarığındadır. Şirkətlərdə İT Departament işçilərinə edilən təlim və treninqlər də bu xidmətlərə daxildir. Onu da bildirmək istərdim ki, Şirkətin Azərbaycanda daima yenilənən anbarı mövcuddur ki, bu da öz növbəsində sifarişlərin anında yerinə yetirilməsinə imkan yaradır. Həcmli sifarişlər zamanı anbarda olmayan məhsullar 14 gün müddətindən gec olmayaraq müştəriyə çatdırılır. Şirkət hər məhsul üçün 1 illik zəmanət talonu təqdim edir. Bu talonlar istehsalçı tərəfindən yaranan texniki qüsurların aşkar olunduğu hallarda məhsulun zəmanətli təmirinin aparılmasına və ya dəyişdirilməsinə imkan yaradır.

Və sonda... oxucularımız üçün kiçik bir açıqlama: həyatda aldığınız ən dəyərli məsləhət və ya tövsiyyə nə olub?

- Orta məktəb riyaziyyat müəlliməm tövsiyyə edirdi ki, bütün ömrün boyu daim öyrənməyə, hər şeydən məlumatlı olmağa çalış. Bilik bir yük deyil ki, çiyinlərinə ağırlıq versin. O gələcəyinə investisiyadır, hər zaman köməyinə yetəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287