BİZNES

100-ə yaxın yaşı olan kafedə müştərilərə nə verilir? - QİYMƏTLƏR
10 OKTYABR
636

100-ə yaxın yaşı olan kafedə müştərilərə nə verilir? - QİYMƏTLƏR

2017-10-10 17:25:00

Ölkəmizdə fəaliyyət göstərən əcnəbi qida brendlərindən biri də Özsüt kafelər şəbəkəsidir. Bu məşhur brendin tarixi çox qədimlərə 1938-ci ilə çatır. İlk dəfə hazırki məşhur brend Türkiyənin İzmir şəhərində yayılıb. Hazırda Özsütün təkcə Türkiyədə 200-dən çox kafesi var. Özsüt Kamalpaşa fabriki gündə 27.000 nəfərlik tort, 60.000 nəfərlik südlü şirniyyat, 10.000 nəfərlik sirop şirniyyat, 7 ton dondurma, 300 kq əldə hazırlanan şokolad və 5 ton un məhsulu istehsal edir. Özsüt brendi Azərbaycana 2014-ci ildə gəlib. Özsütün marketinq meneceri Türkan Hüseynova Fins.az-a açıqlamasında bildirdi ki hazırda ölkəmizdə 3 yerdə Özsütün kafesi var. Bunlar Atatürk parkında, Natavan(Tarqovıda) heykəlinin yanında və Gənclik Mall-dakı kafelərdi.

Özsütün ən tanınmış brendlərindən biri isə Özsütün Aynası tortudur. Bundan başqa Meyvə Bağı, Moruqlu Gateau, Karaorman moruq kimi məşhur tortları var. Bütün südlü şirniyyatlarda 1983-cü ildən bəri yalnız və yalnız süfrə qəndi istifadə olunur. Light məhsullarda şəkər əvəzi xüsusi dad vericilər diabet xəstələrinə uyğun olaraq mütəxəssislərin nəzarəti ilə hazırlanır.

 Məhsullarında yalnız təzə süddən istifadə edən Özsüt, ən vacib məhsulu olan süd ehtiyacını yalnız bir ferma qarşılayır. Bu fermadakı süd verən heyvanların sağlamlığı tez - tez yoxlanılaraq AB standartlarına uyğunluğunu təsdiqləyir.

Məlumat üçün bildirək ki, Özsüt kafelərində şirniyyatların qiyməti 5-10 manat arasında dəyişir. Bu qiymətə yalnız bir pay keks və ya tort verilir.

Dondurmaların qiyməti isə 1.50 manatdan başlayır.

Özsütdə iki nəfərlik səhər yeməyi 22 manatdır. Bura Şamaxı keçi pendiri, Lerik balı, Gəncə qaymağı, sosiska, nehrə yağı, Gəncə inək yağı, motal pendiri, əncir mürəbbəsi, İvanovka şoru, əncir mürəbbəsi qarışıq zeytun boşqabı, xiyar, pomidor, pomidar yumurta və ya qayğanaq təklif olunur.

Özsüt müştərilərinə şirniyyatla yanaşı sərin və isti içkilər və yeməklər təqdim edir.

Özsütdə sendviç və tosterlərin qiyməti 4-10 manat arasında dəyişir. Salatların qiyməti isə 6-17 manat arasında dəyişir.

Toyuq ətindən olan mütəlif ölkələrin mətbəxinə məxsus yeməklərin qiyməti isə 8-11 manat arasındadır. Bundan başqa ətli yeməklər də var. Bu tip yeməklərin qiyməti 11-18 manatdır. Qeyd edək ki, qiymətlər bir nəfər üçün bir porsa nəzərdə tutulub.

Özsütdə həmçinin pizza da sifariş etmək olar. Pizzalar isə növündən asılı olaraq 8 manatdan başlayır. Sərin içkilərin qiyməti isə 1-6 manat arasında dəyişir. Qeyd edək ki, Özsütdə Türkiyə mətbəxinə xas olan şaurma, dönər və ya lahmacun kimi yeməklər verilmir.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296