BİZNES

Obyektlər POS-terminallardan imtina edir
10 OKTYABR
245

Obyektlər POS-terminallardan imtina edir

2017-10-10 16:25:00

Mərkəzi Bankın məlumatına görə, yanvar-avqust aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. 

Fins.az xəbər verir ki, Sentyabr ayının əvvəlinə onların sayı 68437 ədəd (azalma 4,7%) təşkil edib. 2015-ci ilin sonunda pos-terminalların sayı 80301 ədədə çatmışdı. Ötən 1 il 8 ay ərzində pis terminalların sayı 11864 ədəd azalıb.

Bakıda 38784 ədəd (4,3% azalıb), regionlarda 29653 ədəd (5,3% azalıb) pos-terminal mövcuddur.

Pərakəndə ticarət obyektlərində 67350 ədəd pos-terminal və ya bütün pos-terminalların 98,4%-i quraşdırılıb.

Nağdsız ödənişlərə diqqətin artırıldığı bir dövrdə POS-terminalların sayı artmalı idi. Verilən məlumata görə, xərci yüksək olduğundan obyektlər POS-terminaldan imtina edirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296