BİZNES

900 milyon dollar kredit ayırıb
10 OKTYABR
242

900 milyon dollar kredit ayırıb

2017-10-10 09:49:00

Əməkdaşlığın əvvəlindən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Azərbaycandakı layihələrə 900 milyon dollar məbləğində kredit ayırıb. Bu barədə agentlikdən bildiriblər.

Agentlikdə qeyd ediblər ki, bu vəsait dörd layihənin maliyyələşdirilməsinə yönəldilib: "Eyni zamanda kreditlərdən əlavə, JICA, 1993-cü ildən 64 milyon dollar məbləğində qrant ayırıb. Bu vəsaitlər kənd təsərrüfatı, səhiyyə, energetika, irriqasiya və yol inzibatçılığı sahəsindəki layihələrə yönəldilib".

Bundan əlavə, "JICA" nümayəndələri Yaponiyada Azərbaycan hökumətinin 600-dən çox işçisi üçün təlimlər keçirib: "Yaponiya beynəlxalq əməkdaşlıq agentliyi inanır ki, insan resurslarının inkişafı Azərbaycanda iqtisadiyyatın dəstəklənməsi və sosial artım üçün əsas amilidir. Bu məqsədlə "JICA" Azərbaycana öz ekspertlərini göndərirdi və Azərbaycandan olan stajçılara Yaponiya hökümətinin malik olduğu təcrübə və bilikləri çatdırmaq üçün təcrübə keçməyə qəbul edirdi".

Qeyd edək ki, "JICA" Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərməyə başlayıb. 

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287