BİZNES

Çin və Azərbaycan iqtisadi modelləri müzakirə olunub
20 SENTYABR
183

Çin və Azərbaycan iqtisadi modelləri müzakirə olunub

2017-09-20 15:33:00

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar keçirilib. Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə çıxış edib. V.Qasımlı qeyd edib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək yolunun rəqəmsallaşmasına töhfə verir. Azexport portalının rəhbəri Zaur Qardaşov isə Azexport və Alibaba arasında olan əməkdaşlıq barədə danışaraq qeyd edib ki, bu günlərdə Azexport Alibabanın "uğur hekayəti" kimi qəbul edilib.

Çinin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Canxun isə bildirib ki, onun ölkəsində qlobal çağırışlara uyğun olaraq iqtisadi siyasət yürüdülür. Pei Canxunun sözlərinə görə, iki ölkənin alimləri arasında əməkdaşlıq hər iki modelin dərindən öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var.

Seminarda Böyük İpək yolu boyunca Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə olunub. Xüsusilə, qeyd edilib ki, neft-qaz, İKT, aqrar, turizm və digər sahələrdə geniş əməkdaşlıq imkanları var. 

Çin İctimai Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297