BİZNES

35 milyard borcu olan şirkət markasını satdı
13 SENTYABR
164

35 milyard borcu olan şirkət markasını satdı

2017-09-13 14:14:00

İsrailin dərman istehsalçısı "Teva Pharmaceutical Industries" "Paragard" markasını "Cooper Cos" şirkətinə bağlı bir tərəfdaşlıqla 1,1 milyard dollar qarşılığında satıb. "Paragard"ın satışının "Tevan"ın əsas olmayan aktivlərini əldən çıxarma planının ilk addımı olduğu qeyd edilib. "Teva" 35 milyard dollar həcmində borc yükünün altındadır. "Tevan"ın ABŞ birjalarında ticarət olunan səhmləri avqust ayının əvvəlindən bəri yarı-yarıya dəyər itirmişdi. Ancaq satış açıqlamasının ardından şirkətin səhmləri 19,3 faiz bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293