BİZNES

Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması niyə yubanır?
13 SENTYABR
155

Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması niyə yubanır?

2017-09-13 13:10:00
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən KOS agentliyinin və agentliyin nəzdində KOS evlərinin yaradılması ilə bağlı konseptual xarakterli təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Sahibkarlığın inkişafı, bu sahədə operativliyin əldə olunması, elektron xidmətlərə keçid və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsi məqsədilə vahid məlumat portalının yaradılması istiqamətində müvafiq işlər görülmüşdür. Belə ki, sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud olan portallar, o cümlədən onların vasitəsilə sahibkarlara göstərilən məlumatlandırma və maarifləndirmə, elektron qeydiyyat və digər elektron xidmətlər araşdırılmış, altı ölkənin – Gürcüstan, Yunanıstan, ABŞ, Hindistan, Avstraliya, Türkiyə təcrübəsi öyrənilmişdir və bu istiqamətdə iş davam etdirilir. Həmçinin, sözügedən ölkələrin portallarında təmin edilən elektron xidmətlərin və öz əksini tapan məlumatların ölkəmizdə yaradılacaq portalda nəzərə alınması və onun tətbiqinin effektivliyi ilə bağlı işçi qaydasında müzakirələr aparılmış, portal vasitəsilə göstəriləcək xidmətlər, veriləcək informasiya, maarifləndirmə, inteqrasiya məsələləri, vahid məlumat portalına aid məlumatlar (portalın adı, internet səhifəsindən giriş adı, idarəolunması, istifadə zamanı mənfi və müsbət tərəflər və s.) barədə ilkin təkliflər hazırlanmışdır.

Problemlər:

KOS agentliyinin məqsəd və missiyasının müəyyən edilməsi, bu istiqamətdə aidiyyəti qurumlardan səlahiyyətlərin yaradılacaq KOS agentliyinə ötürülməsi və KOS agentliyinin Strateji Yol Xəritəsində müəyyən edilmiş qaydada kollegial orqanının təsis edilməsi ilə bağlı iş aparılmamışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287