BİZNES

3 xarici şirkət Azərbaycan bazarını tərk edib
07 SENTYABR
653

3 xarici şirkət Azərbaycan bazarını tərk edib

2017-09-07 10:13:00

Üç xarici şirkət Azərbaycandakı nümayəndəliyini ləğv edib. Fins.az "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, "Jinggong Steel Azerbaijan" MMC ləğv olunub. Məlumata görə, müvafiq qərar MMC-nin təsisçiləri Chen Guodong və "Jinggong Steel International Co. Limited" tərəfindən cari ilin iyulun 25-də qəbul olunub.

 Bununla bağlı "Jinggong Steel Azerbaijan" MMC-nin kreditorları bu məlumatın dərc edildiyi gündən 60 gün ərzində öz tələblərini şirkətin yerləşdiyi Xəzər rayonu, Mərdəkan STQ, Bağ sahəsi, ev 1889 ünvanında irəli sürə bilərlər.

Bundan başqa,  "Interex Service Group LLP" Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İsmayıllı bəy Qutqaşınlı küçəsi, ev 1B, mənzil 12 ünvana bildirə bilərlər.

 "Novacotek Transportation and Delivery Services LLP" də Azərbaycandakı nümayəndəliyini ləğv edib. Kreditorlar iki ay ərzində tələblərini Nəsimi rayonu, Cavad xan küçəsi, ev 62, mənzil 28 ünvana bildirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291