BİZNES

"Boeing" 2036-cı ilə qədər bu ölkəyə 7 mindən çox sərnişin təyyarəsi satacaq
06 SENTYABR
303

"Boeing" 2036-cı ilə qədər bu ölkəyə 7 mindən çox sərnişin təyyarəsi satacaq

2017-09-06 14:31:00

ABŞ-ın təyyəra istehsalçısı - "Boeing" şirkəti Çinin sərnişin təyyarələrinə tələbatı ilə bağlı proqnozunu 6,3% yüksəldib. 

Fins.az "Report"-a istinadən xəbər verir ki, korporasiya bunu Çin iqtisadiyyatının güclənməsi və bu ölkədə orta sinifin artması ilə izah edib. 

"Boeing"in hesablamalarına görə, Şərqi Asiya ölkəsi 2036-cı ilə qədər ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq. İndiyə qədər bu rəqəmin 6 180 olacağı proqnozlaşdırılırdı. 

"Çində davam edən iqtisadi artım, infrastruktura yatırılan böyük investisiyalar, artan orta sinif, habelə inkişaf etməkdə olan aviasiya biznesi bu proqnoza təkan verir",- deyə "Boeing"in məlumatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294