BİZNES

Mənzillər ilk dəfə bitkoinlər müqabilində satılacaq
06 SENTYABR
361

Mənzillər ilk dəfə bitkoinlər müqabilində satılacaq

2017-09-06 14:21:00

Dubayda daşınmaz əmlakın satışı zamanı dünyada ilk dəfə kriptovalyuta ilə ödəmə üsulu tətbiq ediləcək. CNBC nəşri xəbər verir ki, Dubayda daşınmaz əmlakın bitkoinlər müqabilində satışı layihəsinin təşəbbüskarları britaniyalı sahibkarlar Mişel Mone və Duq Barroumandır. Turizm.fins.az AZƏRTAC-a istinadən xəbər verir ki,söhbət “Aston Plaza and Residences” layihəsindən - içərisində 1133 mənzil olan (onların 480-i artıq ənənəvi valyuta müqabilində satılıb) qırxmərtəbəli göydələnlərdən və ticarət mərkəzindən gedir. 325 milyon dollar dəyərində qiymətləndirilən layihə 2019-cu ildə təhvil veriləcək.

Bildirilir ki, studiya apartamentləri əvvəlcə 30 bitkoin start qiyməti müqabilində satılacaq ki, bu da indiki məzənnəyə görə təqribən 134 min dollar təşkil edir.

Tranzaksiyalar “BitPay” platformasında həyata keçiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287