BİZNES

Ali Maliyyə Nəzarət Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyası keçirilir
05 SENTYABR
210

Ali Maliyyə Nəzarət Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyası keçirilir

2017-09-05 12:39:00
Sentyabrın 5-də Bakıda MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII  sessiyası  keçirilir.
MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri  Şurasının Bakı sessiyasında  7  ölkənin Ali Audit Qurumunun 25 nəfərdən ibarət  nümayəndə heyəti  iştirak edir. 
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  tədbiri açaraq sessiyanın məqsədi, mövzusu barədə məlumat verərək ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən   danışıb. 
MDB İcraiyyə Komitəsi tərəfindən Mamutbekov Jaras Madyarxanulu  tədbir iştirakçılarına müraciət edərək MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının sessiyalarının, üzv ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığının nəticələrindən və  ali audit qurumlarının  gələcək fəaliyyətində rolundan bəhs edib, sessiyanın işinə uğurlar arzulayıb.   
İştirakçıların və Sessiyanın gündəliyinin təqdimatından sonra MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının XVII Sessiyasının ilk plenar iclasında  MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının XVII Sessiyasının gündəliyi və keçirilmə qaydası və  Şuranın XVII Sessiyasının yekun sənədlərinin hazırlanması üçün işçi qrupun tərkibi  təsdiqlənib. 
MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının  Şurasının sədri, Azərbaycan Respublikası Hesablama Palatasının sədri V.Gülməmmədov MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının  Rəhbərləri Şurasının Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun XVI və XVII Sessiyaları arasındakı müddətdə fəaliyyəti haqqında və  MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının  Dövlət Maliyyə Standartlarının hazırlanması üzrə İşçi Qrupunun Fəaliyyəti haqqında  da məruzə edib.               
Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurası 2000-ci ilin noyabr ayında Rusiya Federasiyası Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılıb. MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının rəhbərləri  Şurasına  9  ölkənin Ali Audit Qurumu daxildir. Şuranın yaradılması MDB üzvü olan  dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının öz ölkələrinin sosial- iqtisadi inkişafına dəstək göstərmək və qarşılıqlı iqtisadi əməkdaşlığı daha da gücləndirmək, MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin koordinasiyası və səmərəli bilik və təcrübə mübadiləsi məqsədini daşıyır. Şura daxilində əməkdaşlığın prioritet istiqaməti olaraq  kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik sualların müzakirəsi, bilik, təcrübə və məlumat mübadiləsi, birgə və paralel, ikitərəfli və çoxtərəfli nəzarət-analitik tədbirlərin keçirilməsi, o cümlədən Şuraya üzv AAQ-ların əməkdaşlarının peşəkar təlimi və ixtisasının artırılması  məsələləridir.  
Azərbaycan Respublikası Hesablama Palatası   2002-ci ildən Şura ilə əməkdaşlıq edir və hazırda Şuranın Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu və Standartların hazırlanması üzrə İşçi Qrupunda təmsil olunur.
MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVI sessiyası “MDB-yə üzv olan ölkələrin  Ali Maliyyə Nəzarəti Orqanlarının  iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu: müasir yanaşmalar, yeni perspektivlər və imkanlar, baş verən dəyişikliklərə adaptasiya” mövzusu üzrən ötən il iyunun  7-8-də Minsk şəhərində keçirilib, növbəti XVII sessiyaya Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi və sədrlik etməsi ilə bağlı qərar qəbul olunub.   
Sessiya öz işini sentyabrın 6-da davam etdirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294