BİZNES

SOCAR istriqrazları yenidən bahalaşır
31 AVQUST
266

SOCAR istriqrazları yenidən bahalaşır

2017-08-31 12:33:00

SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib. İstiqrazların təkrar bazarı üzrə market-meyker olan "PSG Kapital" şirkətindən verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1 005 dollara satmaq, 1 007 dollara almaq olar.

Fins.az xəbər verir ki,"PSG Kapital" şirkətindən  bildirilib ki, qiymət artımının səbəbi əhalinin istiqrazların xüsusiyyətləri barədə məlumatının və istiqrazlara tələbatın artmasıdır: "Bu qiyməti kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır. Xüsusilə hüquqi şəxslər tərəfindən istiqraz almaq üçün müraciətlər çoxalır. Məhz buna görə, son vaxtlar təkrar bazarda istiqrazların alqı-satqısı kəskin artıb. Təkcə avqust ayında təkrar bazarda 10 mln. dollardan artıq SOCAR istiqrazı alınıb-satılıb”.

Xatırladaq ki, SOCAR istiqrazları Azərbaycanın fond bazarında hazırda ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk 7 ayında birjada 63,2 mln. dollarlıq dollarlıq istiqraz alınıb satılıb ki, bu da həmin dövrdə ümumi istiqraz bazarının 77,3%-i deməkdir.

Ümumilikdə, SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 106,2 mln. dollarlıq istiqraz ticarəti edilib. Bu da SOCAR istiqrazlarının emissiya həcmini də üstələyir.

Nominal qiyməti 1 000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. İndiyədək SOCAR istiqrazlarına yatırım edənlər 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyulda) faiz gəliri alıblar. Bu il ərzində növbəti faiz ödənişi oktyabrın 17-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291