BİZNES

Tələbənin təhsil və müalicə haqlarının şirkət tərəfindən ödənişindən vergi tutulmur
28 AVQUST
206

Tələbənin təhsil və müalicə haqlarının şirkət tərəfindən ödənişindən vergi tutulmur

2017-08-28 11:27:00

Tələbənin təhsil alması və ya müalicəsi üçün şirkət öz bank hesabından ödəniş etmək istəyirsə, bu halda vergi öhdəliyi yaranırmı?

Fins.az xəbər verir ki, vergi ödəyicisi olan müəssisə onunla əmək münasibətlərində olmayan digər şəxslərin təhsil və ya müalicə haqlarını ödədikdə, bu məbləğdən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmayıb. Bu halda belə gəliri əldə edən şəxs vergi uçotuna alınmalı və qeyd olunan gəlirin Vergi Məcəlləsinin 102.1.3-cü maddəsi ilə məhdudlaşdırılan məbləğinin çox hissəsindən gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Nəzərə almaq lazımdır ki, təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda təhsil və müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin isə 2000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Bununla belə, ödəmələri aparan şəxslər qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər barədə vergi orqanlarına məlumat verməlidirlər.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294