BİZNES

Bu şəhərdə Azərbaycan İşgüzar Mərkəzi yaradılacaq
22 AVQUST 2017
350

Bu şəhərdə Azərbaycan İşgüzar Mərkəzi yaradılacaq

2017-08-22 13:56:00

Rusiyanın Həştərxan vilayətinin mərkəzində Azərbaycan İşgüzar Mərkəzi yaradılacaq. Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Həştərxan Administrasiyasının başçısı Oleq Polumordvinov azərbaycanlı iş adamları ilə görüşündə bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Məlumata görə, bu mərkəzin vasitəsi ilə Azərbaycan məhsulları Rusiya bazarına çıxarılacaq.

“Bu layihə Azərbaycan və Rusiya arasında iqtisadi-ticari əlaqələrin möhkəmlənməsi istiqamətində atılmış növbəti addım olacaq. Mərkəz artıq payız aylarında istifadə veriləcək”, - deyə Həştərxan vilayətinin başçısı bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267