BİZNES

Yeni ixrac şirkəti yaradılır
22 AVQUST
367

Yeni ixrac şirkəti yaradılır

2017-08-22 12:49:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Meyvə və tərəvəz ixrac əməliyyatları üzrə” QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Emissiya hər birinin nominal dəyəri 20 manat olan 100 ədəd səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək və şirkətə 2 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək.

Xatırladaq ki, adıçəkilən meyvə-tərəvəz ixracatçısını Vergilər Nazirliyi bu il, iyulun 7-də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, 57, qanuni təmsilçisi isə Kahin Muxtar oğlu Əskərovdur. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293