BİZNES

Cəlilabadda bitki yağı istehsal ediləcək
08 AVQUST
198

Cəlilabadda bitki yağı istehsal ediləcək

2017-08-08 09:17:00

Cəlilabad kəndinin Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağının istehsal müəssisəsi tikilir. Hazırda müəssisədə son tamamlama işləri görülür.

Fins.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bildirdiyinə görə, müəssisəni xammalla təmin etmək üçün 70 hektarda günəbaxan əkilmişdir.

Həmçinin, Cəlilabadda paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması, paketləşdirilməsi zavodunun tikintisi davam etdirilməkdədir.

Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kq olan pendir sexinin fəaliyyətə başlaması, Uzuntəpə kəndində 50 kektar ərazidə balıqçılıq təsərrüfatının yaradılması həyata keçirilən tədbirlər sırasındadır.

Artıq rayonda kənd təsərrüfatı məhsulları istehsalı və toxumçuluqla məşğul olan “Qreen Fired-KT” MMC fəaliyyətə başlamışdır.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288