BİZNES

Bu ilin ən çox satılan brendləri
07 AVQUST
350

Bu ilin ən çox satılan brendləri

2017-08-07 18:12:00

Dəb haqqında aparıcı nəşrlərdən biri olan “Business of Fashion” bu ilin ikinci rübündə ən çox satılan lyuks brendlərin siyahısını təqdim edib.

 Siyahıda “Gucci” birinci sıradadır. Hər il bu italyan brendinin məhsullarını 65 milyon insan əldə edir.

 Reytinq siyahısında Kanye Vestin “Yeezy”, “Balenciaga”, “Vetements”, “Givenchy”, “Valentino”, “Y-3”, “Prada”, “Nike” və “Fendi” brendləri də yer alıb.

 Mütəxəssislərin fikrincə, “Gucci”nin populyarlığı şirkətin məhsulları barədə rəqəmsal televiziya proqramlarının, maraqlı rəsmlərin və sci-fi filmlərin (fantastik) yayımlanması ilə əlaqədardır.

 “Business of Fashion” son buraxılışında ən çox satılan əşyaların reytinqini də təqdim edib. Bu siyahıda “Chloé Nile” çantası, “Serafina Diane von Furstenberg” geyimi, həmçinin “Gucci”dən bantlı ziyafət geyimi yer alıb. Ən çox satılan ayaqqabı modeli isə “Saint Laurent”in “YSL” dikdabanı, “Gucci” və “Givenchy”nin idman ayaqqabıları olub.

 © Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288