BİZNES

Azərbaycandan pivə ixracı – DANIŞIQLAR BAŞLAYIB
02 AVQUST
536

Azərbaycandan pivə ixracı – DANIŞIQLAR BAŞLAYIB

2017-08-02 14:18:00

“Carlsberg Azerbaijan” şirkəti pivə ixracı imkanlarını müzakirə edir. Bu barədə şirkətin korporativ əlaqələr departamentinin rəhbəri Nadejda Ovsyannikova bildirib.

“Ötən illər ərzində Xırdalandakı zavoddan bir neçə partiyanın uğurlu ixrac nümunələrimiz olub. Hazırda imkanları araşdırırıq və qonşu ölkələrə ixraca başlanmasına dair danışıqlar aparırıq”, - N.Ovsyannikova qeyd edib.

Onun sözlərinə görə, şirkət ixrac məqsədilə ilk növbədə Qazaxıstan bazarını araşdırır.

“Carlsberg Group”un Qazaxıstanda artıq biznesi var, Almatıdakı istehsal meydançası yüklüdür. Dəniz ilə bu ölkənin qərb bölglərinə ixrac imkanlarına baxırıq”, - N.Ovsyannikova vurğulayıb.

O qeyd edib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi bu planları dəstəkləyir və yardım edir.

“Biz bu yay mövsümünü hədəfə alaraq, danışıqlar aparırıq. Müvafiq zəncir qurandan sonra ixraca başlayacağıq. Əgər bu qış mövsümündə baş verərsə, o zaman da ixraca başlayacağlıq. Azərbaycanda pivə əsasən may ayından sentyabr ayınadək istifadə olunur, digər ölkələrdə mövsüm başqadır. Misal üçün, Qazaxıstanda mövsümi istifadə bu qədər aydın ifadə olunmur”, - N.Ovsyannikova bəyan edib. 

© “İnterfaks-Azərbaycan”  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287