BİZNES

Azərbaycanın akkreditasiya sistemi yenidən qurulacaq
14 İYUL
358

Azərbaycanın akkreditasiya sistemi yenidən qurulacaq

2017-07-14 15:52:00

"Fransada şərablarımızı 850 avroya analiz edirdilər. Amma Tarif Şurasının qərarına görə bizdə bu 256 manata başa gəlir". Fins.az xəbər verir ki, bunu "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin direktoru Fazil Məmmədov deyib.

F.Məmmədovun sözlərinə görə, sahibkarlar analizlərin nəticəsindən tam əmin ola bilərlər:

"Almaniya və İtaliyanın akkreditasiya qurumları hazırda Azərbaycanın akkreditasiya sisteminin yenidən qurulmasının layihəsini işləyib hazırlayırlar".

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov isə bildirib ki, bu vaxta qədər Azərbaycanda beynəlxalq əhəmiyyətli laboratoriyanın akkreditasiyadan keçməməsi ixracatçılara da problemlər yaradıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293