BİZNES

"Azərçörək" Birliyinin müəssisəsi bağlandı
12 İYUL
332

"Azərçörək" Birliyinin müəssisəsi bağlandı

2017-07-12 09:22:00

Bakıdakı çörək sexlərindən biri işini dayandırıb. Vergilər Nazirliyindən Fins.az-a verilən məlumata görə, "Azərçörək" İstehsalat Birliyinin 29 saylı çörəkbişirmə müəssisəsi ləğv olunub.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Azərçörək" İB Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Mərkəzinin tabeliyində olan, Bakı şəhəri, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında qeydiyyatda olan "Azərtaxıl" dövlət şirkətinin tabeliyində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287