BİZNES

Daha bir ixrac missiyası Qazaxıstana göndəriləcək
10 İYUL
359

Daha bir ixrac missiyası Qazaxıstana göndəriləcək

2017-07-10 11:11:00

Bu ilin sonuna kimi Azərbaycan şirkətlərindən ibarət daha bir ixrac missiyasının Qazaxıstana səfəri planlaşdırılıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Qeyd edək ki, orta Asiya ölkəsinə ilk ixrac missiyası qeyri-neft sektorunun dəstəklənməsi məqsədilə bu ilin aprel ayında reallaşdırılıb. Missiyada tikinti materialları, kimya sənayesi, maşınqayırma, yüngül sənaye, ətir və kosmetika, meyvə-tərəvəz, alkoqollu və alkoqolsuz içkilər, konservləşdirilmiş qida məhsulları, çay istehsalı ilə məşğul olan şirkətlər iştirak ediblər.

Səfər zamanı mineral sular, müalicəvi Naftalan mazı, limonad və şərab məhsulları Qazaxıstan tərəfinin xüsusi marağına səbəb olub. Bu ixrac missiyasının istiqaməti ixracatçı şirkətlərin müraciəti əsasında müəyyənləşdirilib.

2017-ci ilin sonuna qədər Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, eləcə də bir sıra Avropa ölkələrinə ixrac missiyalarının həyata keçirilməsi planlaşdırılır. Bu missiyalar "Made in Azerbaijan" milli brendinin təşviq olunması məqsədilə təşkil olunur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293