BİZNES

“Azexport” sayəsində mahlıc 30% bahalaşdı”
10 İYUL
196

“Azexport” sayəsində mahlıc 30% bahalaşdı”

2017-07-10 10:28:00

Azexport” portalının fəaliyyətə başladığı 6 ay ərzində 192 milyon ABŞ dolları həcmində ixrac sifarişi daxil olub. Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ilk yarımildə Azərbaycandan qeyri-neft ixracının 1/5-dən də çox artmasında “Azexport” xüsusi rol oynayıb. Hətta bəzi məhsullar Azexport-dan öncə satıldığından daha baha qiymətə satılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu gün Azərbaycanda gedən islahat prosesləri inqilabi xarakter daşıyır və çox sürətlə gedir:

Elektron ticarət platforması - “Azexport” portalının yaradılması Azərbaycanda ixracata böyük dəstək verdi. Portalla əməkdaşlığa başladığımız vaxt pambıq mahlıcının ixrac satış qiyməti təxminən 1 300-1 350 ABŞ dolları dəyərində idi. “Azexport”un sayəsində hazırda bu qiymət 1 750 ABŞ dollarına qədər yüksəlib və bu artımın davam edəcəyini gözləyirik. Beləliklə, “Azexport”un tapdığı xarici müştərilər sayəsində mahlıcın hər tonu 400-450 ABŞ dolları və ya 1/3-ə qədər baha satılmaqla ölkəyə milyonlarla əlavə ixrac valyutası gətirilir”.

Qeyd edək ki, “Azexport” portalının yaradılması qeyri-neft ixracının həcmini, çeşidini və coğrafiyasını daha da genişləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+37°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288