BİZNES

Dünya nəhəngi Azərbaycan velosipedləri alır
07 İYUL
1713

Dünya nəhəngi Azərbaycan velosipedləri alır

2017-07-07 10:04:00

İsmayıllı Velosiped Zavodunun istehsalı olan “İSMA BİKES”" markalı velosipedlər bazara yeni çıxsa da, artıq özünə çoxsaylı alıcı tapıb.

Fins.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə olduqca sıx əməkdaşlıq edən, “Olympic Moves Azerbaijan” hərəkatına yaxından dəstək verən, dünyanın ən məşhur brendlərindən olan “Coca-Cola” şirkəti ilə İsmayıllı Velosiped zavodu arasında artıq 200 ədəd “İSMA” velosipedinin alınması ilə bağlı müqavilə imzalanıb.

Bakı ilə İsmayıllıdan əlavə, Bərdədən və Lənkərandan olan iş adamları da bu zavodun məhsullarını almaq barədə razılığa gəlinib.

© Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286