BİZNES

Bakıda geyim dükanları sürətlə kafelərə çevrilir
20 İYUN
1564

Bakıda geyim dükanları sürətlə kafelərə çevrilir

2017-06-20 17:12:00

Bakının mərkəzində geyim mağazaları sürətlə kafe və restoranlara çevrilir. Söhbət “Tarqovu” kimi tanınan Nizami küçəsi və ona paralel Nigar Rəfibəyli, Şamil Əzizbəyov, Lev Tolstoy küçələrindən yerləşən mağazalardan gedir.

Bunu Fins.az-a açıqlamasında əmlak üzrə ekspert Vaqif Hüseynov bildirib. Onun sözlərinə görə, son bir ayda paytaxtın mərkəzi hissələrində geyim mağazalarının 70%-i kafe və restoranlara çevrilib. Başqa sözlə, hər 10 geyim malları mağazasından 7-si artıq kafe kimi fəaliyyət göstərir, 1-2-si isə fəaliyyətini dayandırıb.

Ekspert hesab edir ki, bu Bakıya turist axını ilə bağlıdır. Turistlər geyim malları üçün adətən iri ticarət mərkəzlərinə üstünlük verirlər. Bu da öz növbəsində şəhərin müxtəlif hissələrində geyim mağazalarının işinə mənfi təsir göstərir.

Digər tərəfdən, xarici turistlər, xüsusilə də Bakıya gələn ərəblər şəhərin mərkəzi hissələrində istirahət etməyə üstünlük verirlər. Bu isə kafe və restoranlara tələbatı artırır. Nəticədə geyim mağazaları sürətlə kafelərə çevrilir. Amma xidmət səviyyəsi hələki turistləri qane etmir.

V.Hüseynovun sözlərinə görə, yeni restoranlar hətta menyularını ərəb dilində təqdim etməyə başlasalar da, personal nəinki ərəb dilini, heç ingilis dilini də bilmir.

Digər tərəfdən, restoranların xidmətləri kefiyyətli olmasa da, turistlər üçün qiymətlər daha baha göstərilir. Bu isə tərəflər arasında anlaşılmaz yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285