BİZNES

Klaster əsasında regional inkişaf – DÜNYA TƏCRÜBƏSİ - I YAZI
19 İYUN
574

Klaster əsasında regional inkişaf – DÜNYA TƏCRÜBƏSİ - I YAZI

2017-06-19 12:26:00
Hazırkı mərhələdə Azərbaycan iqtisadiyyatı üçün 2 mühüm çağrış çox önəmlidir. Söhbət bir həm regional iqtisadi inkişafdakı qeyri-bərabərliyin aradan qaldırılmasından, həm də iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsindən gedir. Yaxşı təcrübələrin öyrənilməsi göstərir ki, bu 2 fundamental iqtisadi problemin həlli məhz klaster yanaşmasının tətbiq edildiyi şəraitdə  uğurlu nəticələr əldə etməyə imkan verir. Son 13 ildə Azərbaycan hökuməti bölgə inkişafı ilə müxtəlif proqramlar həyata keçirsə də, rəsmi statistik məlumatların analizi göstərir ki, hələlik regionların iqtisadi inkişafa töhfəsi kifayət qədər azdır. İqtisadiyyata yaranan əlavə dəyərin təxminən 24-25%-i, vergi daxilolmalarının 5-6%-i, ixracın ən 3-4%-i regionların payına düşür. Xüsusilə də bölgələrdə ixracyönümlü məhsullar istehsal edən sahibkarlıq subyektlərinin məhdudluğu regionlarda rəqabət qabiliyyətli biznesin inkişafının əsas hədəflərdən birinə çevrilməli olduğunu göstərir.
“Klaster” anlayışının yaradıcı hesab olunan Porterə görə, regional əsasda klasterləşmə eyni sahədə sahədə çalışan və aralarında iş birliyi olan, həmçinin bir-biri ilə rəqabət aparan və biri-birindən qarşılıqlı asılılığı olan, eyni məhsulun (xidmətin) istehsalı üzrə dəyər zəncirində yer alan müəssisələrin, ixtisaslaşmış təchizatçıların, əlaqəli sənaye sahələrindəki firmaların və dəstəkləyici təsisatların (universitetlər, peşə-təhsili məktəbləri, peşə birlikləri və s.) coğrafi təmərküzləşməsini ifadə edir. Klaster yanaşmasının ənənəvi sektor inkişafından başlıca fərqi odur ki, müəyyən coğrafi sərhədlər daxilində bir-birini təkrarlayan deyil, biri-birini tamamlayan və dəstəkləyən firmalar çalışır, həmin firmaların biri digərinə dəyər yaratma zənciri ilə bağlı olur, xidmət və istehsal sekoru eyni çətir altında fəaliyyət göstərir, son məhsulun əldə oldunması üçün tələb edilən bütün mərhələlər bir məkanda reallaşır. Klasterləşmə həm sektorlar, həm də coğrafi ərazilər üzrə təşkil edilə bilər. Təcrübədə qarışıq modellər də mümkündür. Yəni, konkret coğrafi ərazilərin xüsusiyyətləri nəzərə alaraq hər bir ərazi üzrə spesifik hesab olunan sahə klasterlərinin təşkili təcrübədə də geniş yayılıb.
Klasterdə iştirak edən aktyorları bir arada tutan icbari hüquqi normalar yox, onlar arasındakı etimad və əməkdaşlıq istəyidir və bu biznes formatında mərkəzi aktyor kimi daima özəl sektor çıxış edir. olur, yerdə qalan iştirakçılar həmin sekorun inkişafına çalışır. Təcrübədə klaster 3 təməl ünsürdən formalaşır: firmalar (bura bütün istehsal, xidmət və tədarük firmaları daxildir), dəstəkləyici qurumlar (palatalar, media, VC, assosiayalar və s.), təhsil və araşdırma təsisatları, peşə məktəbləri.
İƏİT-nin yanaşmasına görə isə, klasterləşmə bəlli bir sahələrdə ixtisaslaşmış firmaların regional miqyasda təmərküzləşərək üfüqi və şaquli münasibətlər əsasında, dəstəkləyici təşkilatlarla birgə biznes fəaliyyəti həyata keçirməsini ehtiva edir. Təşkilat ekspertləri hesab edir ki, tarazlı regional inkişafın təmin edilməsi üçün klaster mexanizminin tətbiqi çox mühümdür. Klasterlərin inkişafı isə bisnes və yerli institlar arasında, həmçinin yerli və mərkəzi hakimiyyət orqanları arasında intensiv və effektiv əməkdaşlıq tələb edir.
Müxtəlif ölkələrin təcrübəsinin analizi etdikdə klasterlər üçün xarakterik əlamətləri asanlıqla görmək olur. Ən mühüm əlamət coğrafi təmərküzləşmədir. Bu amil ilk növbədə spesifik təbii resurslara, yerli səviyyədə kadr və maliyyə resurslarına bərabər çıxış imkanının mövcudluğunu göstərir. Araşdırmalar göstərir ki, klasterlərin aparıcı iştirakçıları bir-birinə coğrafi olaraq yaxın yerləşirlər. Ən son məlumata görə, dünyada klasterlərin 61%-i eyni şəhər və ya metropol ərazi daxilində, 20%-i isə eyni region və ya ştat daxilində yerləşir. Cəmi 19% klaster müxtəlif regionları və ya ölkələri əhatə edir.  
İkinci mühüm əlamət kimi prosesdə geniş iştirakçılığı qeyd etmək mümkündür. Dünya miqyasında 280 klasterin araşdırılması göstərir ki, onlardan 42%-i 100-dək, 14%-də 200-dək, 10%-də 400-dək, 25%-də 600-dən çox firma fəaliyyət göstərir. Dünyada çox nəhəng klasterlər də mövcuddur. Məsələn, İtaliyanın Prato bölgəsində geyim klasteri 9000 firmanı əhatə edir.
Üçüncü əlamət ixtisaslaşmadır. Eyni coğrafi məkanda som məhsulu istehsalı prosesində iştirak edən bütün aktyorların rolu tam bəlli olur, onların hər biri konkret fəaliyyət üzrə ixtisaslaşır. 
Dördüncü əlamət kimi innovativlikdir. Klasterlər çərçivəsində fəaliyyət göstərən bütün subyektlər həm özləri yeni ideyalarla bağlı təşəbbüskar və zəruri biliyə malik olurlar, həm də əhatə olunduqları coğrafi mühit onlara innovasiayalardan yararlanmaq üçün gərəkli imkanlar təqdim edir. Ərazidə mövcud olan araşdırma insititutları partnyor qismində sahibkarlara elmi-texnkiki yeniliklərlə bağlı ən mühüm yenilikləri, hazırladıqları innovasiya məhsullarını təqdim edirlər.  
Beşinci əlamət kimi müxtəlif iştirakçılar arasında əlaqə və qarışılıqlı təsirin mövcudluğu qeyd edilə bilər. Prosesin fasiləsizliyini, bazarın tələbinə uyğun keyfiyyətli məhsul istehsalını təmin etmək üçün son məhsulun istehsalıçıları ilə xidmət təşkilatları arasnıda daimi əlaqə və qarşılıqlı təsir qaçılmazdır.
Nəhayət, sonuncu əlamət kimi rəqabət və kooperasiyanın mövcudluğu vurğulanmalıdır. Klasterlərdə fəaliyyət göstərən subyektlər son məhsula daha çox töhfə verdiyini nümayiş etdimək, öz töhfəsinə uyğun daha çox mənfəət qazanmaq üçün bir tərəfdən öz aralarında daimi rəqabətdə olurlar, digər tərəfdən isə son məhsula görə məsuliyyət və öhdəlik onlar arasında koopresiya formalaşdırır.
Müxtəlif ölkələrin təcrübəsinin analizi ənənəvi iqtisadi inkişaf yanaşması ilə müqayisədə klaster yanaşmasının bir üstünlükllərini aşkar göstərir. Məsələn, regional səviyyədə investisiyaların genişlənməsinin təşviqi, dövlət-özəl sektorunun effektiv əməkadaşlığı, KOS-ların sürətli inkişafı, bisnsi resurslara çıxışının asanlaşdırılması, keyfiyyətli infrastrukturdan çoxlu sayda biznes strukturunun ortaq istifadəsi məhz klasterlər çərçivəsində mümknüdür.
Dünyanın ayrı-ayrı hissələrində, xüsusən Avropa ölkələrində klaster əsasında iqtisadi inkişafın təmin edilməsinə rəsmi səviyyədə xüsusi diqqət 2000-ci illərin əvvəlindən hiss edilməyə başlanıb. Təxminən 17-18 il öncə Avropa Birliyinin 20-dək ölkəsində ölkəsində klasterlərin inkişafı üzrə milli proqramlar  qəabul edilmişdi. Bunun ardınca Birlik çərçivəsində klasterlərin inkişafı ilə bağlı bir sıra təşkilatların şəbəkəsi formalaşmağa başladı. Klasterlərə informasiya, biliklərin artırılması və məsləhət xidməti göstərən əsas təşkilatlar kimi Avropa Klaster Observatoriyası, Klaster Siyasəti üzrə Avropa Qrupu, Avropa Klaster Alyansı, Klasterlər üzrə İnnovasiya Platforması kimi təsisatlar daxildir. Bu təsisatlar AB-nin regionları üzrə klsaterlərin xəritəsini, klasterlər arasında təcrübə mübadiləsi, klaster inkişafı üzrə inkişafa yönəlik təşəbüslərin hazırlanması, bilik və bacarıqların artırılması, konsultasiya kimi əsas fəaliyyətləri həyata keçirirlər. Bəzi Avropa ölkələrində (məsələn, Norveç və Danimarkada) klaster menecerlərinin hazırlanması üzrə xüsusi proqramlar fəaliyyətlər göstərir. Son məlumata görə, Avropa Birliyi üzrə məşğul əhalinin 38%-i klasterlərlə əhatə olunan sahə və müəssisələrdə çalışır, lakin bəzi regionlarda həmin göstərici 50%-ə çatır. Klaster kateqoriyası üzrə məşğulluğun ən yüksək konsentrasiya səviyyəsi tütün, ayyaqabı, balıqçılıq, neft-qaz, geyim, avtomobil, dəri emalı sahələrində qeydə alınıb. Bu sektorlar üzrə məşğulluq konsentrasiyası 50-80% intervalında dəyişir.  
İƏİT-nin statistikası göstərir ki, ayrı-ayrı Avropa ölkələrində klasterlərin istər milli səviyyədə, istərsə də regional səviyyədə iqtisadiyyatda payı xeyli yüksəkdir. Məsələn, İtaliyada 199 sənaye klasteri sənaye məşğulluğunun 40%-ni, Nideralandda 12 nəhəng klaster sənaye üzrə ÜDM-nin 30%-ni, Böyük Britaniyada 154 regional klaster regional məşğulluğun 40%-ə qədərini formalaşdırır.
ABŞ-da da klasterlər iqtisadi inkişafda son dərəcə önəmli rola sahibdir. İqtisadi fəal əhalinin 36%-i klasterlərə daxil olan müəssisələrdə çalışır, ölkə üzrə bütün patentlərin 97%-i məhz klasterlərin payına düşür. Yeri gəlmişkən, tədqiqatlar göstərir ki, ölkənin innovativ inkişafı ilə klaster inkişafı arasında düz əlaqə mövcuddur. Məsələn, ABŞ-da klasterlərin ümumi sayına görə dünyada liderdir (380 klaster mövcuddur) və bu ölkə 0.577 əmsalla innovativ inkişaf indeksinə görə qlobal reytinqdə də ilk sırada dayanır. Yaxud İtaliya klasterlərin ümumi sayına görə dünyada ikinci sıradadır (208 klaster fəaliyyət göstərir) və bu ölkə 0.500 əmsalla innovativ inkişaf indeksinə görə qlobal reytinqdə də ikinci yerdə qərarlaşıb. Sonrakı yerərdə isə klasterlərin sayına və innovatov inkişafın səviyyəsinə görə Finlandiya, Böyük Britaniya və Fransa kimi ölkələr gəlir.
Müasir şəraitdə klasterləşmə hər bir sahədə - istər yüksək texnoloji sektorlarda, istərsə də ənənəvi sektorlarda (sənaye, kənd təsərrüfatı və ya turizm kimi xidmət sektorlarında) da ola bilər. İnkiaf etmiş ölkələrin təcrübəsində klasterlə münasibətdə hökumət siyasətinin 4 yanaşması müşahidə edilir: ölkə miqyaslı klasterlərin dəstəklənməsi, KOS-ların inkişafına fokuslanan dəstək proqramları, regional klasterlərin inkişafının hədəfə alınması, sənayə-universitet əməkdaşlığı üzərində qurulan klasterlərin dəstəklənməsi (belə klasterlər aədətən universitetlərin nəzdində qurulur).
Regional və sahə klasterləri arasında əsas fərq budur ki, sahə klasterləri konkret məhsul və ya xidmət istehsalı üçün əsas aktyorları bir sektorun ətrafında təmərküzləşdirir, bu halda sahənin qurulduğu məkanın iqtisadi imkanlarından bəhrələnmək əsas hədəf kimi seçilmir, coğrafi yaxınlıq belə klasterlərin qurulması üçün mütləq meyar kimi önə çəkilmir.
Regional klasterlərdə isə istehsal prosesində iştirak edən bütün aktyorların coğrafi yaxınlığı, bölgə inkişafının klsaterləşmə siyasətinin əsas hədəflərindən biri kimi seçilməsi, bölgədə iqtisadi inkişaf üçün əlverişli mühitin formalaşdırılması siyasətin ön planında yer alır. Porter regional klasterləri 3 kateqoriyaya ayırıb:
1) “Yerli sənaye əsaslı klasterlər”. Bunlar daha çox fəaliyyət göstərdikləri bölgə çərçivəsində məhsul və xidmət təklif edirlər və bazarlar uğrunda mübarizədə başqa bölgələrlə məhdud rəqabət imkanına malikdir. Belə klasterlər adətən daha çox xidmət sektoru üzrə ixtisaslaşır
2) “Mənbəyə bağlı klasterlər”. Belə klasterlər adətən fəaliyyət göstərdikləri bölgənin təbii resurslarına (kömür, neft-qaz, meşə ehtuyatları, qiymətli metallar və s.) əsaslanır. Bu qəbildən olan klasterlər öz məhsullarını realaşdırmaq üçün həm ölkə daxilində, həm də xarici bazarlarda rəqabət aparmaq məcburiyyətində olurlar.   
3) “Xalis ticari yönümlü” klasterlər. Bu klasterlər həm qaynaqlara, həm də bazarlara yaxınlığı hədəf alaraq fprmalaşdırılır, eyni zamanda hər cür məhsul və xidmət istehsalı ilə məşğul olur. Porter bu modeli ən rəqabətli klasterləşmə modeli kimi təqdim edir.
Yeri gəlmişkən, bəzi hallarda regioanların “rəqabət qabiliyyətliliyi” anlayışı ilə ayrıca götürülmüş  firmanın rəqabət qabiliyyətliliyi eyniləşdirilir. Lakin Porterə görə, regionların rəqabət qabiliyyətliliyi hər hansı firmanın məhsul istehsalına görə rəqabət aparması deyil,  daha əlverişli biznes və yüksək həyata şəraiti üçün mühit yaratmaq uğrunda rəqabət aparmasını ifadə edir.
Regioanal klasterlərin formalaşdırılmasında və inkişafında müxtəlif ölkələrin timsalında “yaxşı təcrübələr” mövcuddur. Son illərdə bu sahədə yüksək nailiyyət qazanmış ölkə kimi Türkiyənin təcrübəsi diqqətçəkicidir.  Klaster nəzəriyyəsinin əsas yaradıcı hesab olunan Maykl Porter 1999-cu ildə öz tədqiqat qrupu ilə birgə ölkəyə dəvət edilmiş, “Türkiyənin rəqabət üstünlükləri layihəsi” çərçivəsində ölkə iqtisadiyyatının klasterləşmə potensialı qiymətləndirmişdi. Bu fəaliyyətlərin nəticəsi olaraq 2003-cü ildə ölkədə “Milli Rəqabət Araşdırmaları Qurumu Dərnəyi” yaradılmış, bunun ardınca 2007-ci ildə qəbul edilmiş KOS-ların inkişaf strategiyasında klasterləşmənin dəstəklənməsi əsas hədəflərdən biri olaraq seçilmiş, sonrakı 2 ildə KOSGEB-in rəhbərliyi ilə klasterləşmə potensialı dəyərləndirilən 36 region üzrə klasterlərləşmə üçün iqtisadi modellərin hazırlanması təmin edilmişdir. Türkiyənin müxtəlif sektorlar üzrə rəqabət üstünlüklərinin dəyərləndirilməsi nəticəsində 32 klaster kateqoriyası  və hər bir klasterin üstün inkişafı üçün şərait olan bölgələr müəyyən edilmişdir.
Bu təcrüblərin hər biri Azərbaycanda regional klasterlərin inkişafı üçün şox dəyərlidir və növbəti yazıda məhz ölkəmizdə klasterlərin inkişafı üçün imkan və maneələr analiz ediləcək.
Yazı Beynәlxalq Özәl Sahibkarlıq Mәrkәzinin (CİPE) dәstәklәdiyi tәdqiqat çәrçivәsindә hazırlanıb
Müəllif: Rövşən Ağayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287