BİZNES

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!
17 İYUN
341

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

2017-06-17 11:33:00

"Bəzi pasientlər, həkimin ustalığından əmin olduqları üçün sağalır" - Hippokrat.

 17 iyun Azərbaycanda “Səhiyyə işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.  

 Azərbaycan Prezidentinin "Azərbaycanda tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında" 2001-ci il iyunun 4-də verdiyi sərəncama əsasən, hər il iyunun 17-si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 PRONET MMC bütün səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, həkim əməyinə yüksək dəyər verərək onlara fədakar və xeyirxah fəaliyyətlərinə görə təşəkkür bildirir, məsuliyyətli və müqəddəs olan peşə fəaliyyətlərində uğurlar arzulayır!

 Qeyd edək ki, PRONET MMC tibb mərkəzlərində xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini qorumaq məqsədilə uzun müddətdir uğurla əməkdaşlıq etdiyi səhiyyə sektoruna ProSpect ERP (prospect.az) sisteminin sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, müştəri münasibətləri və s. sahələrdə idarəetmənin kompleks avtomatlaşdırılması ilə yanaşı call centre həllərini də təqdim etmişdir.  PRONET MMC bütün sahələrdə olduğu kimi tibb sektorunda da çalışan əməkdaşların etik davranış qaydalarına daim nəzarət etməsinə və əhali tərəfindən bildirilən nöqsan və şikayətlərin aradan qaldırılmasına mütəmadi yardımçı olan həlləri sayəsində qazandığı xüsusi rəğbət və etibarı daim yüksək səviyyədə saxlamaqdadır.

 PRONET MMC korporativ müştərilərindən olan Səhiyyə Nazirliyi, Təcili Tibbi Yardım (103 xidməti), Elektron Səhiyyə, Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və s. kimi dövlət və özəl müəssisələrlə əməkdaşlıq etməkdən məmnunluq duyur və faydalı  əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərməkdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285