BİZNES

İnvestorlara güzəştlər edilə bilər
08 İYUN
443

İnvestorlara güzəştlər edilə bilər

2017-06-08 12:59:00

"Ötən ilin avqust ayından etibarən indiyədək dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 35 hərrac keçirilib". Bunu Azərbaycan - Avropa İttifaqı biznes forumunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, bu hərraclarda 1100-dən çox əmlak hərraca çıxarılıb: "Azərbaycanda səhiyyə, turizm, ictimai iaşə və digər sahələrdə böyük obyektlər hərraca, investisiya müsabiqəsinə çıxarılır. Mən yerli və xarici sahibkarları bu obyektlərə investisiya qoymağa çağırıram. Bu obyektlərə investisiya qoyan sahibkarlarla güzəştlər barədə danışıqlara hazırıq. Sahibkarları bu obyektlərə investisiya qoymağa və məhsul istehsal etməyə çağırıram".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287