BİZNES

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir
08 İYUN
217

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir

2017-06-08 10:04:00

 Bakıda sayca 3-cü Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb. 

Tədbir Avropa İttifaqının (Aİ), Almaniya Azərbaycan Kommersiya Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil olunub. 

Biznes-forum çərçivəsində iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və loqistika, informasiya və kommunikasiya texnologiyalar, elektron ticarət mövzularında çıxışlar olacaq. 

Tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıq elan edib. Nazir bildirib ki, bu biznes-foruma böyük maraq var: "Məndə olan məlumata görə, tədbirə 400 iş adamı qatılıb. Bunun 100-ü Aİ ölkələrindən, 300-ü isə Azərbaycandandır".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288