BİZNES

Emin Əsgərov: “Ən böyük hədəfimiz biznesimizin inkişaf tempini qorumaqdır”
04 APREL 2017
3317

Emin Əsgərov: “Ən böyük hədəfimiz biznesimizin inkişaf tempini qorumaqdır”

2017-04-04 10:00:00

İlk öncə çağrı mərkəzlərinin idarəetmə həlli ilə tanınan PRONET MMC, biznesin inkişafına yönələn digər həllərin də tətbiqinə uğurla başlamışdır. Hal-hazırda Azərbaycanın ilk milli ERP sistemi ilə neçə-neçə dövlət və tanınmış şirkətlərin etibarını qazanan PRONET MMC təyinat və mürəkkəblik dərəcəsi fərqli olan müxtəlif sahələrə aid müştərilərə təklif etdiyi həlləri ilə bir çox şirkətlərin uğurlarında xüsusi töhvəsini vermişdir. İri korporasiyaların uğurlu seçimi olan PRONET MMC-nin təsisçisi Emin Əsgərov onunla müsahibədə son iqtisadi problem şəraitində sahibkarlıqla bağlı maraqlı məqamlara toxundu.

Əsas məsələdən başlayaq, ölkəmizdə ilk olaraq - onlayn kurslar, təlimlər təşkil edirsiniz, Azərbaycanda buna tələbat nə qədərdir?

- Bəli artıq keçən ildən yeni bir layihəmizi işə salmışıq - ProSpect Academy-sı. Təlimlər əsasən online vasitə ilə aparılır. Biz bu təlimlərə innovativ üsullar tədbiq etməklə ölkəmizdə bir yenilik etməyə çalışdıq.

Bilik əldə etməyə daim tələbat var, xüsüsən də peşə, ixtisas öyrənmə sahəsində. Təlimlərimiz əsasən ölkədə lazım olan və ehtiyac duyulan istiqamətlər üzrə qurulub: - informasiya texnalogiyaları, insan resurslarının idarə olunması, marketinq araşdırması, biznesin əsasları və s. Mən də özümə bir borc bilib bir layihəyə qatılaraq gənclərimiz üçün 12 dərsdən ibarət ödənişsiz “Online Biznes” mövzusu üzrə dərslər tədris etdim. Düşünürəm ki, yeni peşələrin öyrənilməsi gənclərimizi peşə seçimində daha çevik edir. İndiki dövrdə isə bu çox önəmli amildir.

Gənc nəslin inkişafına dəstək olduğunuz üçün təşəkkür edirik. “Online Biznes” dərslərindən danışdıq, şirkət olaraq son iqtisadi proseslərlə bağlı böyük və orta şirkətlər üçün xərclərin azaldılmasına yönəldilmiş bir təklifiniz varmı?

- Bizim əsas biznesimiz sözsüz ki, ProSpect ERP həlləri olaraq qalır. Artıq qısa zaman ərzində biz bu həllərlə bir sıra sifarışcilərlə işə başlamışıq. AR Səhiyyə Nazirliyində elektron sənəd dövriyyəsinin – ProDoc həlli, AR Mədəniyyət və Turizm Nazirliyi kadrların idarə olunması və SİRAB MMC-də işə qəbul və əmək haqqının hesablanması üçün ProID həlliGilan Holding”-in nəzdində olan Dərs Evində müştəri münasibətlərinin idarə olunması üçün ProCRM həlli” tərəfimizdən tədbiq olunmuşdur.

Bu həllər hər bir təşkilat, müəssisə və şirkətlərin işlərini avtomatlaşdırmaqla idarəçiliyi rahatlaşdırır. Əlbəttə ki, idarəçilik rahatdırsa bunun hesabına da kifayət qədər resurslar azad olunur və onlardan düzgün istifadə edilməyə başlanılır. Hazırkı iqtisadi vəziyyətdə bu olduqca önəmli məsələdir.

Bu sahənin perspektivi nədir və siz PRONET MMC olaraq siyasətinizdə nəyi vurğulamaq istəyirsiniz?

- Düşünürəm ki, getdikcə idarəetmə sistem və həllərinə ehtiyaclar sürətlə artacaq. Dünyada biznes proseslərinin effektivliyi uğrunda bir yarışma gedir və bu işdə əsasən İKT-dən istifadə olunur. Misal üçün, son zamanlar ABŞ-ın ən iri banklarında əməkdaşsız filiallar açılır və bu da yanlız belə İKT sistemlərinin hesabına mümkündür. Bu baxımdan bizim ProSpect ERP həlləri iri təşkilatların kifayət qədər iri həcmli məlumat bazalarının idarə olunması, emalı və vizuallaşdıraraq təhlili üçün əvəzsiz biznes alətləridir.

Yerli bazarda rəqibləriniz çoxdurmu?

- Rəqiblər həmişə var, olub, olacaq da. Bunu qəbul etmək lazımdır. Sağlam rəqabət həmişə keyfiyyətin artmasına xidmət edib. Əsas odur ki, üstünlüklərimizi sifarişçilərimizə çatdıra bilirik

Onlardan fərqli olaraq müştəriyə nə təklif edirsiniz?

- Ən əsası əzimkar komandamız var və onların əksəriyyəti beynəlxalq sertifikatlaşdırılmış mütəxəssislərdir. Həllərimizin platforması 100% özümüzündür, mütəxəssislərimizin hamısı ölkəmizin vətəndaşlarıdır və bir sözlə tam “Made in Azerbaycan” ideyasına xidmət edirik.

Bu günə qədər ən böyük uğurunuz kimi hansı layihənizi misal göstərərdiniz?

- Bu 14 il ərzində kifayət qədər layihələrimiz olub. Uğur deyəndə isə mən uğuru layihənin məbləği yox, onun cəmiyyətə verdiyi fayda ilə ölçürəm. Misal üçün, Baku Modern Schoolda təhsilin idarəetmə sistemi, Səhiyyə Nazirliyində 103 xidmətinin tam avtomatlaşdırılması, Naxçıvan MR-da Dövlət Qulluğuna qəbulun və attestasiyanın avtomatlaşdırılması - bu layihələr həm də sosial məsuliyyət elementləri olduğuna görə mənimçün daha yadda qalandırlar.

Azərbaycanda yerinizi harda görürsünüz?

- Hədəfimiz 2020-ci ilə qədər yerli bazarda LİDER olmaqdır.

Bəs xarici bazara çıxmaq fikriniz varmı?

- Bəli, bəzi həllərimizə yaxın xaricdə də ehtiyac olduğu görünür, odur ki, bu barədə planlarımız var.

2013 – cü il cənab Prezident İlham Əliyev tərəfindən “İKT ili” elan olunmuşdu və eyni il PRONET MMC-nin 10 illiyi idi, bu il sizə nə verdi?

- Bu, ölkə başçımız tərəfindən verilmiş çox mühüm bir qərar idi və bir çox İT şirkətlərə inkişaflarında yeni impuls verdi. Bizim ProSpect ERP sistemi də o dövrdə geniş inkişaf etməyə başladı. Hətta biz sonradan ilk dəfə Bakutel 2014 sərgisində ProSpect ERP həllərini nümayiş etdirdik. Bizim üçün bir sıçrayış ili oldu.

Özünüzü uğurlu sahibkar hesab edirsinizmi?

- Uğur sözü nisbidir. Uğurla barışmaq olmaz. Kiməsə görə daha uğurlu ola bilərsən, kiməsə görə hələ çox işlər görməlisən. Düşünürəm uğuru həmişə gələcəkdə axtarmaq lazımdır.

2017-ci il üçün hədəfiniz nədən ibarətdir?

- Ən böyük hədəfimiz biznesimizin inkşaf tempini qorumaqdır. Müştəri münasibətlərinə daha çox diqqət ayırmaq və komanda ruhumuzu daha da gücləndirməkdir.

Müsahibə üçün təşəkkür edirik. Sizin rəhbərliyinizlə fəaliyyət göstərən və təklif etdiyi məhsulları ilə Azərbaycanda sahibkarlığın inkişafına çox böyük dəstək olan PRONET MMC şirkətini tanımaqdan məmnunluq duyuruq. Uğurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258